Xalq yazıçısı Afaq Məsuda həsr olunmuş tədbir

         Bugünlərdə Rayon Mərkəzi Kitabxanasında tanınmış qələm sahibi, xalq-yazıçısı publisist Afaq Məsudun anadan olmasının 65 illiyinə yubiley tədbir həsr olunub.

Tədbirdə mərkəzi kitabxananın oxuculara xidmət şöbəsinin müdiri İlhamə Musayeva Afaq Məsudun həyat və zəngin yaradıcılıq yolu haqqında iştirakçılara ətraflı məlumat verib.

Qeyd olunub ki, tanınmış qələm sahibi uzun illər səmərəli fəaliyyətinə görə Prezident İlham Əliyev tərəfindən Əməkdar incəsənət xadimi, Şöhrət ordeni ilə təltif olunub. O, 2019-cu ildə Xalq yazıçısı fəxri adına layiq görülüb.

Tədbirin sonunda iştirakçılara yazıçının əsərlərindən ibarət sərgi ilə tanış olublar.

Hüseyn QULUZADƏ

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər