Bərdə rayonunun Xanxanımlı kənd sakini Natiq Quliyev sözügedən rayonun qabaqcıl kombaynçılarındandır. O, bu yaxınlarda rayonumuzun Qaravəlli kənd sakini, Vətən müharibəsi qazisi Niyaz Bayramlının 1 hektar arpa sahəsini təmənnasız biçməklə, xeyirxah addım atıb.
Qazi Niyaz Bayramlı bu xeyirxah əmələ görə öz adından və ailəsi adından kombaynçı Natiq Quliyevə dərin təşəkkürünü və minnətdarlığını bildirib.
“Aran”