15 iyun tarixlərdə yaşayan bir gündür

                                           

         Yaşlı və orta nəslin nümayəndələri 80-ci illərin sonu-90-cı illərin əvvəlini yaxşı xatırlayırlar.

         1988-ci ilin fevral ayında Ermənilərin Xankəndində torpaq iddiası ilə başladıqları separatçı çıxışlar və bu ekstremist çağırışlara Sovet rəhbərliyinin dəstək verməsi nəticəsində Azərbaycanda həyat axarı dəyişməyə başladı.

         Ulu Öndər Heydər Əliyevin hakimiyyətdən uzaqlaşdırılması Ermənilərin əl-qolunu açdı.

         Dağlıq Qarabağda başlanan və Sovet İttifaqı Komunist Partiyası Mərkəzi Komitəsinin baş katibi Mixail Qarbaçov tərəfindən Ermənilərə dəstək verilməsi Azərbaycan xalqının Sovet rəhbərliyinə inamını qırdı, xalqın ciddi  etirazlarına səbəb oldu. Baş qaldıran kütləvi etirazlar Azərbaycanda hakimiyyət dəyişikliyi ilə nəticələndi.

         AXC-Müsavat cütlüyünün hakimiyyəti dövründə ölkə düçar olduğu ağır durumdan xilas ola bilmədi. Əksinə ölkə iqtisadiyyatı tənəzzülə uğradı, nizami ordu yaradıla bilmədi, aparıcı dünya dövlətləri, region ölkələri ilə siyasi əlaqələr pozuldu. Bundan istifadə edən ermənilər ardıcıl olaraq torpaqlarımızı işğal etməyə başladılar.

         Belə bir vəziyyətdə  Xalq ölkəni düşdüyü ağır vəziyyətdən çıxarmağa qadir olan yeganə şəxsin Heydər Əliyev olduğunu başa düşərək, bu çətin anlarda ölkəyə rəhbərlik etməyə razı olması barədə Ulu Öndərə müraciət etdilər. Doğma Azərbaycanı canı qədər sevən Heydər Əliyev belə bir çətin məqamda ölkənin taleyinə biganə qala bilməzdi. 29 il əvvəl iyun ayının 15-də Ulu Öndərin siyasi hakimiyyətə qayıtdışı ilə Azərbaycan Müstəqilliyinin itirilməsindən, əhali isə taleyinə,  gələcəyinə olan ümidsizlikdən, bir sözlə bütün acılardan qurtuldu. Ona görə də 15 iyun- Milli Qurtuluş gününü xalqımız böyük təntənə və bayram kimi qeyd edir.

         Ulu Öndər yenidən siyasi hakimiyyətə qayıdanda ölkədə vəziyyət hərtərəfli ağır idi. Ölkə idarə edilmirdi, ayrı-ayrı silahlı qüvvələr, müdafiə dəstələri adı altında şəxsi istəklərini həyata keçirirdilər. İqtisadiyyat dağılmış vəziyyətdə idi. Ordu demək olar ki, növcud deyildi, ölkənin başqa dövlətlərlə diplomatik münasibətləri son dərəcə pisləşmişdi, vətəndaş müharibəsi qaçılmaz idi.

         Ölkəni bu vəziyyətdən çıxarmaq üçün bütün mühüm  keyfiyyətlərə malik  cəsarətli, müdrik, uzaqgörən, dünya siyasətini bilən, təcrübəli və beynəlxalq aləmdə nüfuzu olan, eyni zamanda xalqın etibar etdiyi bir şəxsiyyət olan Heydər Əliyev mövcud çətinlikləri səbrlə, təmkinlə, qətiyyətlə, səriştəliklə aradan qaldırmağa nail oldu. Qısa zaman kəsiyində mövcud problemlər  ardıcıl olaraq həllini tapmağa başladı.

         Vətəndaş müharibəsinin qarşısının alınması, xarici qüvvələrə işləyən rəhbər işçilərin vəzifədən uzaqlaşdırılması, atəşkəsə nail olunması, “Əsrin müqaviləsi” adlanan xarici ölkələrin neft şirkətləri ilə kontraktların imzalanması, iqtisadiyyatın tədricən bərpa olunması, ən əsası ordu quruculuğunun önə çəkilməsi Ulu Öndərin fəaliyyətinin əsas xətti oldu. Bununla da  Azərbaycan bütün bəlalardan qurtuldu.

Ona görə də 15 iyun xalqımız üçün əsl qurtuluş tarixidir. Ulu Öndərin tarixi xidmətlərini  Azərbaycan xalqı  heç vaxt unutmayacaq.

         Allah Ulu Öndərə rəhmət eyləsin.

         Nazim Bünyatov,

         YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

                                                                                 

Xəbər lenti

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Dünyanın ən çox ziyarət olunan saytları məlum olub

Aran xəbər verir ki, "Similarweb" tərəfindən dünyanın ən çox ziyarət edilən saytları açıqlanıb. Birinci yerdə dünyanın ən böyük axtarış platforması hesab edilən...

Ceyhun Bayramov və Hikmət Hacıyev Orxan Əsgərovun yas mərasimində – Foto

Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov və Azərbaycan Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Azərbaycanın İrandakı...

Soyuq havaya baxmayaraq, Xankəndi-Laçın yolunda aksiya davam edir

Havanın soyuq və şaxtalı olmasına baxmayaraq, Azərbaycanın Qarabağ iqtisadi rayonunda faydalı yataqların qanunsuz istismarı əleyhinə Xankəndi-Laçın yolunda keçirilən etiraz aksiyası qırx doqquz...

Ağcabədidə sahibsiz itlər şəxsi təsərrüfata hücum edib

Aran xəbər verir ki, hadisə rayonun Şənlik kəndində baş verib. Belə ki, ötən gün axşam saatlarında kənd sakini Ziyad Səfərovun həyatyanı sahəsinə...

İran ərazisində baş verən zəlzələ Ağcabədi rayonunda da hiss olunub – SON DƏQİQƏ – Yenilənib – 3

Saat: 22:30 İlkin məlumata əsasən, yeraltı təkanlar saat 22:14-də İranın Qərbi Azərbaycan ostanının Evoğlu şəhərində 5,3 bal gücündə qeydə...

İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib

Yanvarın 28-də İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə zəng edib. Prezidentin mətbuat xidmətinin...

Şərhlər