Ağcabədidə 15 İyun – Milli Qurtuluş Gününə həsr olunmuş taekvondo idman növü üzrə uşaq, yeniyetmə və gənclər arasında rayon turniri keçirilib.
Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə “Rizvan” Taekvondo Klubunun idman zalında keçirilən turnirdə 75 nəfər taekvondoçu iştirak edib.
Gərgin mübarizə şəraitində keçən yarışın yekununda qalib idmançılara diplomlar təqdim olunub.