İyun 17-si respublikamızda Tibb İşçilərinin Peşə Bayramı Günüdür. Bu bayram ümummilli lider Heydər Əliyevin 2001-ci il iyunun 4-də imzaladığı Sərəncama əsasən hər il qeyd olunur.
Bayram münasibətlə Ağcabədi Rayon Mərkəzi Xəstəxanasının bir qrup əməkdaşı ulu öndərin rayon icra hakimiyyətinin binası qarşısındakı abidəsini ziyarət edib, üzərinə çiçək dəstələri düzüblər.