Xalqın nicat yolu

Milli Qurtuluş Günü ilə əlaqədar Ağcabədi Rayon Heydər Əliyev Mərkəzində “Xalqın nicat yolu” mövzusunda yığıncaq keçirilib.

Tədbirdə Ağcabədi şəhər Üzeyir Hacıbəyov adına 7 saylı tam orta məktəbinin və Ağcabədi şəhər M.F.Axundov adına 3 saylı məktəb-liseyin müəllim və şagird kollektivləri iştirak edib.

Əvvəlcə, ulu öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva çıxışında vurğulayıb ki, 1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub. Həmin vaxt dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qoruyub, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırıb və gələcək inkişafın təməlini qoyub.

Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır. Ümummilli lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə qayıdışı dövlətçilik tariximizin şanlı səhifəsini təşkil edir. Qədirbilən xalqımız böyük xilaskarının xidmətlərini unutmur və 15 İyun-Milli Qurtuluş Gününü hər il yüksək əhvali-ruhiyyə ilə qeyd edir.

Sonda iştirakçılar xatirə şəkli çəkdiriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər