İyunun 12-də rayonun Xocavənd kəndində Vətən müharibəsinin iştirakçısı, şəhid Sahil Hüseynovun doğum günü münasibəti ilə ailəsinə baş çəkilib. İştirakçılar əvvəlcə igid döyüşçünün sözügedən kənd qəbiristanlığındakı məzarını ziyarət edib, üzərinə tər çiçək dəstələri düzüblər.
Şəhid Sahil Hüseynov 12 iyun 2000-ci il tarixdə Xocavənd kəndində anadan olub. O, 2020-ci ilin 27 sentyabrında başlanan Vətən müharibəsində döyüşlərə atılıb, əsl igidliklər göstərib. Cəsur əsgər Füzuli istiqamətində gedən döyüşlərdən birində qəhrəmancasına həlak olub. Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Sərəncamı ilə Sahil Habil oğlu Hüseynov “Vətən uğrunda”, “Döyüşdə fərqlənməyə görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunub.
Şəhid Sahil Hüseynovun əziz xatirəsi onu sevənlərin qəlbində əbədi yaşayacaq.
A. MİSİRLİ