2.7 C
Aghjabadi

“Bakı Qlobal Formu” siyasi tutumuna görə yaddaşlara həkk olunan bir tədbir oldu

  Bildiyimiz kimi iyun ayının 16-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dəstəyi, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu keçirilmişdir. Forumda iştirak edən qonaqlar qarşısında geniş məruzə ilə çıxış edən ölkə Prezidenti  regionda baş verən hadislərə Azərbaycanın müsbət rolu, həmçinin Ermənistan-Azərbaycan ikitərəfli danışıqlarının  hal-hazırki durumu haqda forum iştirakçılarına ətraflı məlumat vermişdir. İlham Əliyevin 44 günlük Qarabağ zəfərindən sonra Ermənistan tərəfinin hələ də daxili və xarici radikal addımlardan geri çəkilmədiklərini, həmçinin regionda sülhün və əmin – amanlığın bərpa olunmasına maneçilik törətdiklərini forum iştirakçıların nəzərinə çatdırdı. Ali Baş Komandan onu da qeyd etmişdir ki, nə qədər Ermənistan tərəfi bu cür radikal addımlarından geri çəkilməyib, Azərbaycan ordusunun Dəmir Yumuruğunu  bir daha  öz üzərlərində görəcəklər.

      Ulu Öndərimizin layiqli davamçısı möhtərəm cənab Prezidentimiz İlham Əliyevin liderliyi ilə Azərbaycan dövləti qalib, qüdrətli ölkəyə çevrilib. “Nəyi necə, nə vaxt etmək lazımdır, bunu mən bilirəm!” – deyən cənab Prezidentimiz “Qarabağ Azərbaycandır və nida işarəsi” devizi altında müqəddəs ata vəsiyyətini şərəflə yerinə yetirdi, uzun illərdir beynəlxalq təşkilatlar və güc mərkəzləri tərəfindən ortaya atılan “Qarabağ münaqişəsinin hərbi həlli yoxdur” bəyanatını alt-üst etdi, dondurulmuş münaqişənin birdəfəlik və ədalətli həllinə nail oldu. Bu cür bəyanatlarla hər dəfə Azərbaycanın haqq səsini dünyaya çatdıran Ölkə Prezidenti növbəti dəfə də yüksək tribunadan Bakı Şəhərində səsləndirdi.

     Bu gün Ermənistanın havadarları əsasən qərb yönümlü ölkələr, (erməni lobbisinin tüğyan etdiyi  ölkələr) regionda sadəcə Ermənistan hökumətini qızışdırmaq və ara qarışdırmaqla siyasi meydanda qarışıqlıq yaratmaqdan başqa bir işə yaramayan görüntü yaratmaqda olduğu hər kəsə məlumdur. Çünki biz bilirik  ki, istər 1-ci Qarabağ müharibəsi dövründə, istərsə də, 2-ci Qarabağ müharibəsi ərzində Ermənistan heç bir zaman öz müstəqil iradəsi və hökmü ilə mübarizə aparmayıb, sanki kimlərinsə tapşırığı əsasında öz mənfur və ağlasığmaz dərəcədə qəddar niyyətlərini Azərbaycana qarşı istifadə etmişdir. Ancaq bütün bu baş verən hadisələrin sonunda Azərbaycan öz haqq savaşını iradəli şəkildə aparmış oldu ki, onun da nəticəsində biz  bir Xalq olaraq  bütün dünyanın gözü qarşısında öz müstəqilliyimizi 3 rəngli bayraq altında nümayiş etdirmiş olduq.

   Onu da qeyd etmək lazımdır ki, 44 günlük müharibə yalnız döyüş meydanında getmədi, bu müddət ərzində cənab Prezidentimiz İlham Əliyev diplomatiya cəbhəsində də yüksək peşəkarlıqla mübarizə apardı, ölkəmizə olan təzyiqlərə, təsirlərə qarşı özünün siyasi iradəsini, əzmkarlığını nümayiş etdirdi, Qarabağ münaqişəsinin yalnız Azərbaycanın ərazi bütövlüyü, Azərbaycan xalqının maraqları çərcivəsində həll oluna biləcəyini bütün dünyaya bəyan etdi.

Azərbaycan Xalqının şanlı qələbəsini tariximizə üç mühüm faktor yazdı: Müzəffər Ali Baş Komandanımızın indiyədək heç bir siyasi liderdə görünməmiş diplomatik manevrləri, onun qurub yaratdığı şanlı ordumuz və Azərbaycan xalqının sarsılmaz əzəməti! Demək olar ki, bu 3-lü tandem bütün dünyaya Azərbaycan məfkurəsi adlı və yaddaşlardan silinmiyəcək bir tarixi uğur kimi qızıl həriflərlə yazılmış oldu.

Elşən Səfərov:              YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Xəbər lenti

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Ağcabədidə 3 dekabr – Beynəlxalq Əlillər Günü münasibəti ilə tədbir keçirilib

Ağcabədi rayonunda 3 dekabr - Beynəlxalq Əlillər Günü münasibətilə Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ Regional ofisi,Azərbaycan Dövlət Pedaqoji Universitetinin (ADPU) Ağcabədi filialının birgə əməkdaşlığı ilə tədbir keçirilib. 

Ağcabədidə “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici tədbirlər layihəsi keçirilmişdir

   Ağcabədi rayonunda Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi, Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatı dəstəyilə “Aydınlar Ocağı” humanitar ictimai birliyi tərəfindən “Təhlükəsiz Həyat” gənclər arasında maarifləndirici...

Köyük kəndində səyyar qəbul keçirilib

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun dekabr ayı üzrə ilk, 2022-ci il üçün isə növbəti səyyar qəbulu Köyük kəndində keçirilib. Qəbulda rayonun hüquq-mühafizə orqanlarının, idarə, müəssisə və təşkilatların rəhbərləri, kənd sakinləri...

Əhməd Cavadın 130 illik yubileyi qeyd olunub

Noyabrın 24-də ADPU-nun Ağcabədi filialında görkəmli Azərbaycan şairi və ictimai xadimi Əhməd Cavadın anadan olmasının 130 illik yubiley tədbiri keçirildi.

Müasir poeziyamızda Qarabağ hadisələrinin və qələbəmizin bədii əksi

      Bütövlüyün, vəhdətin izini, bəlkə də, sərhədlərdən silmək olar, amma yadlaşlardan, qandan yox. Odur ki, bu xalqın yaddaşından silinməyən, “böyük bir həsrət...

Şərhlər