17 iyun tarixi 1994-cü ildə BMT-nin Baş Assambleyası tərəfindən “Ümumdünya Quraqlıq və Səhralaşma ilə mübarizə günü” elan olunub. Qeyd edək ki, quru iqlim şəraitində yerləşən Azərbaycan üçün də səhralaşma problemi son dərəcə aktualdır. Buna görə də Azərbaycan Respublikası ölkənin ekoloji durumunun yaxşılaşdırılmasını, təbii resurslardan səmərəli və ziyansız istifadə olunmasını, o cümlədən milli maraqları nəzərə alaraq 24 aprel 1998-ci il tarixində “Səhralaşmaya qarşı mübarizə” Beynəlxalq Konvensiyasına qoşulub. Dünyanın 170 ölkəsinin qoşulduğu konvensiyada dövlətlərə səhralaşma ilə mübarizədə beynəlxalq səviyyədə əməkdaşlığın zəruriliyi, o cümlədən, bu barədə maarifləndirmənin artırılması təqlid olunur.
17 iyun 2022-ci il tarixdə Ağcabədidəki Qarabağ Muğam Mərkəzində Azərbaycan Ekologiya və Təbii Sərvətlər Naziri Muxtar Babayevin tapşırığına əsasən 9 saylı Regional Təbii Sərvətlər İdarəsinin təşkilatçılığı ilə maarifləndirmə yığıncağı keçirilmişdir. Yığıncaqda 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin sektor müdiri İsrafil Paşayev “Quraqlıq və Səhralaşdırmağa qarşı mübarizə” mövzusunda məruzə etmişdir. Məruzə ətrafında çıxış edənlər Ağcabədi RİH-nin Sosial – İqtisadi İnkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdir müavini Muxtar Bağırov, 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin baş məsləhətçisi Əbülfət Köçəriyev, Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Abbas Süleymanov, Rəncbərlər Sudan İstifadə Birliyinin İcraçı direktoru Akif Quliyev, Salmanbəyli kənd bələdiyyəsinin sədri Fəxrəddin Qasımov səhralaşma, quraq, yarımquraq və nisbətən rütubətli ərazilərdə torpağın dıredasiyaya uğraması nəticəsində torpağın qlobal ekoloji və sosial-iqtisadi problemlərin həlli istiqamətində öz fikir və mülahizələrini söyləmişlər. Çıxışlarda vurğulanmışdır ki, belə tədbirlər müntəzəm şəkildə keçirilirsə, əhali arasında quraqlıq zamanı sudan səmərəli istifadə olunması istiqamətində maarifləndirmə işləri tələb olunan səviyyədə qurula bilər.
“Aran”