32.1 C
Aghjabadi
Bazar, İyun 26, 2022

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli üçün zəruri addımlar atılır. Ağcabədi rayonunda da  bu istiqamətdə ardıcıl tədbirlər həyata keçirilir.

            Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Aran kəndində iyunun 22-də keçirdiyi səyyar qəbul bu baxımdan diqqəti çəkir. Qəbulda YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov, hüquq-mühafizə orqanlarının, idarə, müəssisə, təşkilatların rəhbərləri, kənd sakinləri və media mənsubları iştirak ediblər.

            Səyyar qəbulda çıxış edən rayon rəhbəri ölkədə gedən genişmiqyaslı quruculuq işlərindən, Vətən müharibəsində Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında rəşadətli ordumuz tərəfindən Qarabağ torpaqlarının işğaldan azad olunması, əldə olunan qələbədən danışıb, xalq, ordu birliyinin təntənəsindən söz açıb. Natiq çıxışında  pambıqçılıq, baramaçılıq, və kənd təsərrüfatının digər sahələri, eləcə də, suvarma işlərindən ətraflı söhbət açıb.

            Qəbulda çıxış edən kənd sakinləri suvarma suyunun qıtlığından, ərazidə fəaliyyət göstərən su nasosunun təmirə ehtiyacı olmasından, kənddə internet şəbəkəsinin zəifliyindən söhbət açaraq köməklik göstərilməsini xahiş ediblər. Sakinləri diqqətlə dinləyən rayon rəhbəri kənddə mövcud olan problem və çətinliklərin aradan qaldırılması üçün məsləhət və tövsiyələrini verib. Bəzi müraciətlər operativ şəkildə həllini tapıb, digərlərinin tezliklə aradan qaldırılması üçün əlaqədar qurumlara tapşırıqlar verilib. 

Hüseyn QULUZADƏ

Xəbər lenti

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində "N" saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı...

26 İyun Azərbaycan Silahlı Qüvvələri Günüdür

1918-ci il mayın 28-də müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 ay yaşamasına baxmayaraq, ölkədə ordu quruculuğu sahəsində əhəmiyyətli addımlar ata...

“Şuşa ili”nə həsr olunmuş tədbir maraqla qarşılanıb

Ağcabədi Rayon Heydər Əliyev Mərkəzinin təşəbbüsü və təşkilatçılığı, "Ələk" ədəbi məclisi, Ağcabədi şəhər Uşaq İncəsənət Məktəbi, Qarabağ Muğam Mərkəzi və Ağcabədi Rayon...

Dövlətçiliyin və Xalqın xilaskarı

Azərbaycanın Xalqının Ümummilli Lideri Heydər Əlirza oğlu Əliyev  tarixə öz adnını qızıl həriflərlə yazmış dahi sərkərdə olmuşdur. Heç şübhəsiz ki, Ulu...

“Qəbələ”nin kapitanı: “Valideynlərim futbola getməyimə ancaq bir şərtlə razılaşmışdılar ki…” – MÜSAHİBƏ

Saytımızda bu gündən etibarən "TAM ŞƏXSİ" rubrikasına start veririk. Sözügedən rubrikada tanınmış futbolçularla onların futbol karyerası və ailə həyatına dair müsahibələrə yer...

Təbrik edirik!

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 22 iyun 2022-ci il tarixli Sərəncamı ilə respublikamızda bir qrup dövlət qulluqçusu “Dövlət qulluğunda fərqlənməyə görə”...

23 İyun Dövlət Qulluqçularının peşə bayramıdır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 25 may 2006-cı il tarixli Sərəncamına əsasən hər il İyunun 23-ü dövlət qulluqçularının peşə bayramı günü kimi...

Yerli idarəetmədə yeniliyin ünvanı

Dövlətin istəyi reallaşır, vətəndaş məmnun qalır Ağcabədi ölkənin böyük iqtisadi potensiala, əmək ehtiyatlarına malik rayonlarındandır. Bu diyarın torpağı münbit,...

Aran kəndində səyyar qəbul keçirilib

            Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin tapşırığı ilə icra və idarəetmə orqanlarının rəhbərləri tərəfindən vaxtaşırı yerlərdə səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli...

Azərbaycan Milli Kitabxanasının direktoru , həmyerlimiz CENL toplantısında çıxış edib

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov Ankarada Prezident Kitabxanasında keçirilən CENL toplantısında çıxış edib. Kitabxanadan bildirilib ki, Avropa Milli...

Şərhlər