Heydər Əliyev Fondu, Mədəniyyət Nazirliyi və Azərbaycan Televiziyasının dəstəyi ilə Ağcabədi Rayon Y.Məmmədov adına Mədəniyyət Mərkəzində keçirilən Vlll Muğam Televiziya Müsabiqəsinin bir qrup üzvü-xalq artistləri Mənsum İbrahimov, Səkinə İsmayılova, Mələkxanım Eyyubova, əməkdar artistlər-Fərqanə Qasımova və Təyyar Bayramov Ağcabədi Qəhrəmanlar Parkını ziayrət ediblər. Ziyarətçilər torpaqlarımızın azadlığı uğrunda canını fəda etmiş şəhidlərimizin məzarları üzərinə tər çiçək dəstələri düzərək, onların əziz xatirəsini yad ediblər.