25.4 C
Aghjabadi

Ağcabədidə Silahlı Qüvvələr Günü qeyd olunub

Azərbaycan Silahlı Qüvvələrinin yaradılmasının 104 illiyi münasibətilə Ağcabədi rayon ərazisində “N” saylı hərbi hissədə tədbir keçirilib. Öncə Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov, hüquq mühafizə orqanlarının əməkdaşları və bir qrup hərbçilər ulu öndər Heydər Əliyevin abidəsi önünə tər çiçəklər düzərək onun əziz xatirəsini yad ediblər. “N” saylı hərbi hissədə davam edən mərasimə ilk öncə hərbi hissənin döyüş bayrağı gətirilib. Torpaqlarımızın azadlığı uğrunda canından keçmiş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad olunub.

Azərbaycanın dövlət himni səsləndirilib. Tədbirdə iştirak edən qonaqlar hərbi hissənin həyətində vətən şəhidlərinin xatirəsinə inşa edilən xatirə kompleksinə güllər düzərək onların müqəddəs ruhlarını ehtiramla anıblar. Əlamətdar bayram günü münasibətilə Azərbaycan respublikası Müdafiə Naziri, general-polkovnik Zakir Həsənovun təbrik məktubu hərbi hissənin şəxsi heyətinin diqqətinə çatdırılıb.
Çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçı Rafil Hüseynov hərbi hissənin şəxsi heyətini Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib.

Tədbirdə bir qrup əsgər və zabitlər, habelə müddətdən artıq hərbi xidmət edən hərbi qulluqçular xidməti işində səmərəli fəaliyyətlərinə görə fəxri fərmanlar və digər qiymətli hədiyyələrlə təltif olunublar. Təhsil İşçiləri Azad Həmkarlar İttifaqı Ağcabədi rayon komitəsi tərəfindən tədbirdə iştirak edən şəhid övladlarına hədiyyələr verilib. Eyni zamanda hərbi hissə rəhbərliyi şəhid övladlarına hərbi hissənin fəxri fərmanlarını təqdim edib.
26 İyun – Silahlı Qüvvələr gününə həsr olunmuş tədbir hərbi hissənin şəxsi heyətinin təntənəli keçidi ilə başa çatıb.

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər