26 iyun Azərbaycan Respublikasının Silahlı Qüvvələr günüdür

                             

                Azərbaycan ordusu 1918-ci ildə ağır ictimai siyasi bir vəziyyətdə yaradılmışdır. Həmin il may ayının 28-də öz müstəqilliyini elan etmiş Azərbaycan Xalq Cumhuriyyəti ölkənin və əhalinin təhlükəsizliyini təmin etmək məqsədilə milli ordu yaradılması barədə qərar qəbul etdi.

            Cəmi 23 ay yaşayan Azərbaycan Xalq Cumhuriyyətinin süqutundan sonra  Azərbaycan Silahlı Qüvvələri də fəaliyyətini dayandırmağa məcbur oldu.  Həmin dövrdən 104 il keçdikdən sonra Müstəqil Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin malik olduğu hərbi durum öz sələfi ilə müqayisədə ölçüyə gəlməz üstünlüyə  malik olması göz önündədir.Əgər Cumhuriyyət dövründə  ordu daxili və xarici düşmən qüvvələrin dəf edilməsinin öhdəsindən gələ bilməmişdisə, Müzəffər ordumuz  30 il işğal altında olan torpaqlarımızı azad edərək yenidən öz ərazi bütövlüyünü bərpa etdi.

            Bu günkü güclü, müasir silahlara malik, yüksək hazırlıqlı peşəkar Azərbaycan ordusu hazırki duruma  birdən-birə nail olmamışdır. Hamıya məlum olduğu kimi ötən əsrin 90-cı illərində ölkəmizdə ağır içtimai-siyasi vəziyyət hökm sürürdü. AXC-Müsavat  cütlüyünün hakimiyyəti dövründə ölkədə xaos, anarxiya baş alıb gedirdi. Ordu yox dərəcəsində idi. Bundan istifadə edən Ermənistan silahlı qüvvələri ardıcıl olaraq Azərbaycan torpaqlarını işğal etməyə nail oldu.

            Ölkənin bu çətin durumunda xalqın təkidi ilə yenidən siyasi  hakimiyyətə qayıdan Heydər Əliyev ölkəni düşdüyü ağır vəziyyətdən qurtarmaq üçün bir sıra təxirəsalmaz vəzifələri həll etdi. Bunlardan biri də nizami ordunun yaradılması idi.     

            Ulu Öndər həyata keçirdiyi tədbirlər nəticəsində ölkədə qısa müddət ərzində  bütün sahələrdə müsbət irəliləyişlər əldə edildi. Dünyanın aparıcı dövlətləri ilə siyasi əlaqələrin qurulması, atəşkəsin əldə edilməsi, dünyanın aparıcı neft şirkətləri ilə  kontraktların bağlanması ölkənin həm iqtisadiyyatının, həm də beynəlxalq aləmdə nüfuzunun artmasına gətirib çıxardı.

            1993-cü ilin iyun ayının 15-dən başlayan ordu quruculuğu tezliklə öz bəhrəsini verməyə başladı. Ulu Öndərin başlayıb axıra çatdıra bilmədiyi taleyüklü məsələləri onun siyasi varisi cənab İlham Əliyev uğurla dvam etdirdi. Prezident seçildikdən sonra cənab İlham Əliyev ordunun NATO standartlarına uyğun qurulması üçün qardaş Türkiyə ilə hərbi əməkdaşlığı genişləndirdi. Ordunun ən müasir silahlarla təchiz edilməsi Ali Baş Komandanın daim diqqətində saxlanırdı. Bu görülən işlər 2020-ci ildə Ermənistanın növbəti təxribatına cavab olaraq 27 sentyabrda başlanan  və 44 günlük müharibədə Azərbaycan Ordusunun böyük qələbə qazanmasına gətirib çıxardı.

            İndi Azərbaycan Xalqı  fəxr edir ki,  qarşıya qoyulan bütün hərbi vəzifələri icra etməyə qadir olan Ordusu var.

            Nazim Bünyatov.

            YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər