Hacıbədəlli kəndi rayonumuzun geniş təsərrüfat sahələri fəaliyyət göstərən qabaqcıl inzibati ərazi vahidlərindən sayılır. Təsadüfi deyildir ki, sözügedən kənd sakinləri özlərinə məxsus təsərrüfatlarda hər il bol taxıl, pambıq, barama yetişdirməyə nail olurlar. Cari təsərrüfat ili də hacıbədəllilər üçün uğurla başlayıb. Əkin sahələrində yüksək keyfiyyətli taxıl yetişdirilib, gələcək pambıq məhsulunun möhkəm bünövrəsi qoyulub.
2022-ci ili Hacıbədəlli kənd sakinləri Maarif Muradov və Toğrul İbrahimov üçün də uğurlu hesab olunur. Onlar əkin sahələrində böyük zəhmət hesabına bol taxıl istehsal ediblər. Maarif Muradov 2,20 hektar sahədən 9 ton taxıl tədarük edib, bu da hər hektardan 45 sentner məhsul deməkdir. Toğrul İbrahimov isə 1,5 hektar pay torpağından 6 tondan çox məhsul götürməyə nail olub. Hər iki təsərrüfat başçısı növbəlilik əsasında əkin işlərini bundan sonra da davam etdirmək fikrindədirlər.
Adil MİSİRLİ