25.4 C
Aghjabadi

Qarabağın qədim qalası “Qalatəpə” qala imiş

         Əhmədov Əli Misir oğlu (1920-2001) rayonumuzun tanınmış ziyalılarından sayılıb. O, uzun illər bölgədə müxtəlif məsul vəzifələrdə çalışıb. Əli müəllim həm də Ağcabədinin tarixi ilə əlaqədar maraqlı yazılar müəllifidir. Aşağıda həmin yazılardan birini sizə təqdim edirik.

         Rayonumuzun ərazisində tarixi abidələr, xüsusi ilə təpələr çoxdur. Kamil təpə, Nərgiz təpə, Damlı təpə, Töyrə təpə, Üç təpə və Yan təpə buna əyani sübutdur. Haqqında danışmaq istədiyimiz Qala təpə, Üçtəpənin yaxınlığındadır.

Üçtəpənin birinin qazılıb yararsız hala salınması tarixi abidələrə göstərilən biganəlik və laqeydlikdən irəli gəlir. Biz bu yazıda Üçtəpənin “qonşusu” olan Qalatəpə haqqında söz demək istəyirik.

Əvvəla onu qeyd edək ki, Üçtəpə də, Qalatəpə də müdafiə xarakterli abidələrdir. Üçtəpə ilə Qalatəpənin fərqi ondadır ki, Üçtəpə süni surətdə yaradılmışdır. Belə ki, Üçtəpə qədim Qarqar çayına yaxındır. Ona görə də o dövrdə, yəni erkən orta əsrdə qoşun hissəsi Üçtəpə olan yerdən Qarqar çayına qədər sıra ilə düzülmüş və daşları bir-birinə ötürmək şərti ilə Qarqardan daş daşıyıb təpələrin bünövrəsinə tökmüşlər. Daş bünövrə xeyli qaldıqdan sonra qoşunun (atlı qoşunun) döyüşçüləri yaxınlıqdan at torbalarında torpaq daşıyaraq daşın üstünə tökmüşlər, beləliklə bir-birindən 300-500 metr aralı bir-birinə bənzər Üç təpə əmələ gəlmişdir.

Araz çayından 1929-cu ildə Qarqara qədər çəkilmiş Orconikidze adına suvarma kanalı bu təpələrin 200-3000 metrliyindən, Salmanbəyli kəndinin tərəfindən keçir.

Haqqında danışdığımız Qalatəpə isə Qarqar çayının sahilində yerləşən təbii təpə üzərində müdafiə məqsədi ilə tikilmiş qala şəhərcik olmuşdur. Zaman keçdikcə təbii və süni səbəblər üzündən qala tənəzzülə uğramış, xarabalığa çevrilmişdir.

Burada iki dəfə (1897 və 1974-cü illərdə) qazıntı işləri aparılmışdır. Birinci qazıntı (1897-ci il) kəşfiyyat xarakterli olmuş və burada (Gavur arxı yaxınlığında) küp qəbirlər aşkar edilmişdir. İkinci qazıntı zamanı isə “Qalatəpə” də dulus kürəsi izləri və heyvan sümükləri tapılmışdır.

Təbii təpə üzərində tikilmiş qala şəhərciyinin sahəsi 7 hektara yaxındır. Ətraf düzənlik olsa da, qala şəhərciyi öz dövrünə görə strateji cəhətdən çox sərfəli yerdə tikilmişdir. Belə ki, qalanın qərb tərəfini Qarqar çayı “yalayıb” keçir. Şərq tərəfində isə kvadrat şəkildə kanal çəkilmişdir. Kanal o dövrdə dərin və enli çəkilib,  bunu neçə yüz illər keçdikdən sonra kanalın indiki görünüşü təsdiq edir. Maraqlıdır ki, yerli əhali qalanın ətrafındakı əraziyə indinin özündə belə “səngər” deyirlər. Şübhə yoxdur ki, neçə yüz il bundan əvvəl ulu babalarımızdan yadigar qalmış “səngər” adı kanalın müdafiə məqsədi ilə çəkilməsini bir daha sübut edir. Qalanın yerində qalmış təpə və onun ətrafında çəkilmiş “səngər” (kanal) babalarımızın keçmişindən soraq verən yadigardır. (“Qalatəpə” haqqındakı rəvayətlərdən birini dinlədikdə belə qənaətə gəlmək olur ki, bu qala-təpə Əmir Teymurun vaxtında da varmış. Eyni zamanda buradakı çökəklik də bəzi qaranlıqlara işıq salır). Bu çökəyin altında bir tərəfi “Qalatəpə”yə, bir tərəfi isə Ağcabədiyə tərəf olan düz xətli dörd-beş metr hündürlüyündə, üç-dörd metr enində böyük lağımdır (tuneldir). Demə, bu tunel vaxtilə qaladan çölə gizli yeraltı çıxış imiş. Qədim qalanın bu sirri 1947-ci ildə açılmışdır.

Ulu babalarımızdan bizə yadigar qalan bu qəhrəmanlqı abidəsini öyrənmək və gələcək nəsillərə ötürmək tarixçi alimlərimizin və diyarşünasların ən ümdə vəzifəsi olmalıdır.

Əli ƏHMƏDOV

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər