Respublikamızın digər kənd təsərrüfatı rayonlarında olduğu kimi Ağcabədidə də barama tədarükü geniş vüsət alıb. Cari təsərrüfat mövsümündə rayonun 44 inzibati ərazi dairəsi üzrə fəaliyyət göstərən 363 nəfər kümçü tərəfindən 884 qutu ipəkqurduna yüksək aqrotexniki qaydada qulluq göstərilərək, bol barama məhsulu yetişdirilib. Bölgə baramaçıları iyunun əvvəlindən tədarük işlərinə başlayıb. Ağcabədi Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən verilən məlumata görə, iyunun 23-dək kümçülərimiz qəbul məntəqəsinə 32 min 702 kiloqramdan çox məhsul təhvil veriblər. Barama təhvilində Poladlı, Təzəkənd (Hüsülü), Şahsevən (Təzəkənd), Rəncbərlər kəndlərindən olan kümçülər daha çox fərqləniblər. Poladlı kəndi üzrə 10 min 20, Təzəkənd (Hüsülü) kəndi üzrə 845, Rəncbərlər kəndi üzrə 797 və Şahsevən-Təzəkənd kəndi üzrə 69 kiloqram barama tədarük olunub.
Barama tədarükü davam edir.
Yəhya PAŞAZADƏ