18-19 iyun 2022-ci il tarixlərdə Xorvatiya Respublikasının paytaxtı Zaqreb şəhərində Taekvondo idman növü üzrə “Croatia Open” beynəlxalq turnir keçirilib. Milli yığma komandamızın tərkibində yarışda iştirak edən ağcabədili taekvondoçular da uğurlu nəticə qazanıb. Onlardan Vasif Səlimov 53 kq çəki dərəcəsində I yerə, Səfər Behbudzadə isə 33 kq dərəcəsi üzrə II yerə layiq görülüb.
Hüseyn QULUZADƏ