2 C
Aghjabadi

Mülki müdafiə məşqi keçirilib

İyunun 29-da Ağcabədidə hərbiləşdirilməmiş mülki-müdafiə dəstələri ilə xəbərdarlıq-toplanış üzrə nümunəvi mülki müdafiə məşqi keçirilib. Təlim-toplanışda Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Fövqəladə Hallar Nazirliyinin Qarabağ Regional Mərkəzinin rəisi, polkovnik Mirəli Feyziyev, Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Ağcabədi rayon şöbəsinin rəisi, polkovnik-leytenant Qabil Rzayev, Ağcabədi rayon Dövlət Yanğından Mühafizə Hissəsinin rəisi, daxili xidmət polkovnik-leytenantı Elçin Quliyev və sözügedən qurumların əməkdaşları iştirak ediblər.

Tədbirdə çıxış edən Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov mülki-müdafiə əməkdaşlarının işindəki operativlikdən, xüsusən 44 günlük Vətən müharibəsi zamanı mülki müdafiə dəstələrinin fəal xidmətindən, zərərçəkmiş şəxslərə  vaxtında lazımi xilasetmə və yardım işlərini uğurla həyata keçirməsindən söz açıb. FHN Qarabağ Regional Mərkəzinin rəisi Mirzəli Feyziyev öz çıxışında  baş verə biləcək hallarla bağlı mülki əhali arasında maarifləndirmə işlərinin aparılmasında və bu işlərin həyata keçirilməsində göstərdiyi qayğıya görə rayon rəhbərinə öz minnətdarlığını bildiriib.

Qeyd edək ki, 138 nəfər şəxsi heyətin və 34 texnikanın cəlb olunduğu məşqin məqsədi hərbiləşdirilməmiş fövqəladə hallar zamanı xəbərdarlıq toplanışının yoxlanılması olub. 

Gündüz SEVİNDİK

Xəbər lenti

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Şərhlər