Qarabağ muğam mərkəzində “Muğam gecəsi” keçirilib

Muğam dünya musiqi xəzinəsinin incisidir. Eyni zamanda muğam xalqımıza məxsus olan mənəvi dəyərlərin daşıyıcısıdır. Muğam yetişməkdə olan nəsillərə qəlbimizin, ruhumuzun ən gözəl payı kimi miras qoyulur. Doğma Ağcabədidə də muğam sənətinin öyrənilməsi, tədrisi və inkişafı həmişə diqqət mərkəzində olub.

27 iyun tarixində Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində olan Üzeyir Hacıbəyli adına Qarabağ Muğam Mərkəzində “Muğam gecəsi” adlı konsert proqramı baş tutub. Tədbirdə çıxış edən Qarabağ Muğam Mərkəzinin direktoru Tural Niftəliyev “Muğam gecəsi”ndə iştirak edən qonaqları salamlayaraq, onları konsert proqramına baxmağa dəvət edib. Muğam Mərkəzinin yay zalında keçirilən tədbirdə müəllim və şagirdlərin ifasında oxunan “Zabul segahı” muğamı tamaşaçıların alqışları ilə qarşılanıb. Rəngarəng musiqi proqramı ilə davam edən “Muğam gecəsi”ndə Mərkəzin səs müəllimləri – İsa Məmmədovun ifasında “Şur” təsnifi, Nazim Şirinovun “Mahur” təsnifi, Əhəd Təhməzovun “Bayatı-Şiraz” muğamı və Mərkəzin şagirdlərinin ifasında oxunan “Xudayar təsnifi”, sonda “Qarabağ şikəstəsi” konsert proqramına ayrıca rəng qatıb.

Gündüz SEVİNDİK

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Əvvəlki məqaləMülki müdafiə məşqi keçirilib
Növbəti məqalədə90 yaşlı nəşr

Şərhlər