Məqsədimiz əhalinin daha yaxşı yaşamasına nail olmaqdır

      

            Bir neçə gün əvvəl Polşanın  Katovitse şəhərində Ümumdünya şəhər Forumunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyada videoformatda çıxış edən Azərbaycan Respublikasının Prezidenti  cənab İlham Əliyev çıxışında qeyd etmişdir ki, ölkəmizin BMT-yə üzvlüyünün bu il 30 illiyi tamam olur. Bu illər ərzində BMT ilə sıx əməkdaşlıq etmiş, dayanıqlı inkişaf üçün bir çox mühüm  tədbirlər keçirilmişdir.“2030-cu ilə qədər Dayanıqlı İnkişaf Gündəliyi” və “Yeni şəhər Gündəliyi” dayanıqlı urbanizasiyanı və şəhərlərimiz üçün daha yaxşı gələcəyi təmin etmək üzrə səylərimizi istiqamətləndir.

            Çıxışda həmçinin qeyd edilmişdir ki,  paytaxt Bakıda və ölkənin digər şəhərlərinin müasirləşdirilməsi və yenidən qurulması zamanı biz beynəlxalq təcrübədən istifadə edirik. Ona görə də artıq regionlarda şəhər və rayon mərkəzləri müasir tələblər baxımından yenidən qurulmuşdur.

            Ermənistan tərəfindən 30 ilə yaxın işğal edilmiş ərazilərdə Azərbaycanın 9 şəhəri və yüzlərlə kəndi yerlə-yeksan edilib.  Bu mənzərəni Beynəlxalq forum və tədbirlərin iştirakçıları, diplomatlar, siyasətçilər,  jurnalist və QHT nümayəndələri həmin ərazilərə səfər zamanı öz gözləri ilə görmüş və heyrətə gəlmişlər.

            İndi işğaldan azad edilmiş ərazilərdə sürətli bərpa və yenidənqurma işləri həyata keçirilir.

            Bu yaxınlarda Zəngilan rayonun Ağalı kəndinin  açılışı olmuşdur. Həmin kənddə yeni salınan yaşayış məntəqələri üçün bütün  beynəlxalq təcrübə və elmi cəhətdən əsaslandırılmış bütün yeniliklər öz əksini tapmışdır. Ona görə də Ağalı kəndi “Ağıllı kənd” layihəsi də adlanır. Bu kənddə minimum xərclə maksimum  kamfort əldə  edilməsinə  nail olunmuş, ərazinin ekoloji cəhətdən təmiz, “yaşıl zona ” olması üçün bütün işlər görülmüşdür.

            İşğaldan azad edilmiş ərazilərdə şəhərlər və kəndlər salınanda bu faktorlar həmin yaşayış məntəqələrində də nəzərə alınacaqdır.

            . Hazırda ölkəmiz müasir tarixin ən mürəkkəb və iddialı bərpa-yenidənqurma işlərindən birini həyata keçirir. Artıq Ağdam da daxil olmaqla bir neçə şəhərin və kəndin lahiyələri hazırdır və bu lahiyələrin icrasına başlanmışdır.

            Çıxışının sonunda cənab Prezident bəyan etmişdir ki, Azərbaycan Ümumdünya Şəhər Forumunun növbəti sessiyaların birinə evsahibliyi etmək arzusundadır və buna hazırdır.

   Nazim Bünyatov

    YAP Ağcabədi rayon təşkilatının sədr müavini

                                                                                                                     

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər