2 C
Aghjabadi

Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir

İyun ayın 27-də Ümumdünya Şəhər Formunun “Daha yaxşı gələcək naminə şəhərlərimizi dəyişdirək” adlı 11-ci sessiyasındakı çıxışında Cənab Prezident  bir çox məsələlərə toxunmuş və ətraflı təhlil aparmış, bölgədəki reallıqları toplantı iştirakçılarının nəzərinə çatdırılmışdır. Çıxışda qeyd edilmişdir ki, azad edilmiş ərazilərdə yenidənqurma sahəsində ölkəmizlə həmrəylik və beynəlxalq dəstək mühüm əhəmiyyətə malikdir. Bu, Azərbaycanın öz nəcib fəaliyyətində tək olmadığı ilə bağlı inamımızı gücləndirəcək. Artıq Birləşmiş Millətlər Təşkilatı, Dünya Bankı və Avropa İttifaqı ilə birlikdə işğaldan azad olunan üç rayonumuzda bərpa və yenidənqurma ehtiyaclarının birgə dəyərləndirilməsi həyata keçirilib.

   Bu məqsədlərdən biri şəhərlərin daha təmiz və müasir olmasını təmin etməkdir. Azərbaycan bu hədəfə nail olmaq üçün öz istiqamətlərini müəyyənləşdirib. Bakının və digər şəhərlərimizin tarixi ənənələrini qoruyub saxlamaqla şəhərlərimizin infrastrukturunun təkmilləşdirilməsi qarşıya qoyulan əsas planlardandır.

   II Qarabağ müharibəsində qazanılan Zəfərdən sonra Qarabağ və Şərqi Zəngəzurda böyük quruculuq işləri görülür. Alternativ enerji mənbələrindən istifadə, Günəş və Külək Elektrik Stansiyalarının bu ərazilərdə qurulması xüsusi əhəmiyyət daşıyır. Ölkəmiz buna nail olmaqla enerji sektorunda böyük nailiyyətlər əldə edəcəkdir.

   Böyük Qayıdış prosesində və yenidənqurma işlərində qarşıya çıxan ən böyük əngəllərdən biri də minalanmış ərazilərin çoxluğudur. Ermənistan minaların tam və düzgün xəritəsini Azərbaycana təqdim edərsə, ikitərəfli sülh müqaviləsi imzalanarsa işğaldan azad edilmiş ərazilərdə quruculuq prosesi sürətlənəcək, bölgə sülh və əməkdaşlıq regionuna çevriləcək.

   Azərbaycan işğaldan azad olunmuş Füzuli şəhərində səkkiz aydan az müddətdə hava limanı inşa edib. İşğaldan azad olunmuş Zəngilan və Laçın rayonlarında hazırda daha iki hava limanının tikintisi davam edir. Azad edilmiş bəzi şəhərlərin baş planları artıq hazırdır.

     Sessiyada çıxışının sonunda cənab Prezident vurğulamışdır ki, məqsədimiz Dayanıqlı İnkişaf Məqsədlərinə uyğun olaraq inklüziv, təhlükəsiz, dözümlü və dayanıqlı şəhər və kəndlərin inşasıdır. Bütün bu işlər Azərbaycanın öz maliyyə resursları hesabına aparılır. Yenidənqurma prosesində ölkəmizin hədəfi keyfiyyət və sürəti birləşdirməkdir.

Rövşən Əhmədov,

YAP Ağcabədi rayon təşkilatının sədri

Xəbər lenti

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Şərhlər