5 iyul 2022-ci il tarixdə Şuşa İli ilə əlaqədar Ağcabədi rayon Heydər Əliyev Mərkəzində “Şuşa Azərbaycan Şəhəridir!” adlı tədbir keçirildi. Tədbir Aran qəzetinin və Ağcabədi Regional Asan Xidmət Mərkəzinin əməkdaş və könüllü kollektivinin iştirakı ilə baş tutub. Əvvəlcə Vətən yolunda canından qanından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edildi. Sonra tədbiri giriş sözü ilə açan Ağcabədi rayon Heydər Əliyev Mərkəzinin direktor səlahiyyətlərini müvəqqəti icra edən mərkəzin Bələdçisi Səbinə Mamedova çıxış edərək bildirdi ki,Qalib Komandan İlham Əliyev Xalqa müraciətində 2022-ci ili “Şuşa İli” elan etdi.
Yanvarın 5-də isə Prezident bununla bağlı sərəncam imzaladı. Şuşa Azərbaycan şəhəridir. Şuşanın təməlini, 1752-ci ildə Pənahəli xan qoymuşdur və gələn il biz Şuşanın 270-ci ildönümünü təntənəli şəkildə qeyd edəcəyik. Strateji mövqeyi ilə seçilən Şuşa Azərbaycana qarşı hərbi təcavüzə başlamış Ermənistanın silahlı qüvvələri tərəfindən 1992-ci il mayın 8-də işğala məruz qalmışdır. Haqq işi naminə apardığımız 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Şuşa şəhərini 2020-ci il noyabrən 8-də işğaldan azad etdi. Və.s Daha sonra çıxış üçün söz Aran qəzetinin əməkdaşı Orxan Kərimova və Ağcabədi Regional Asan Xidmət Mərkəzinin könüllüsü Xəyalə Qasımovaya verildi. Çıxışlarında qeyd etdilər ki, Şuşa hətta işğal dövründə vandalizmə məruz qalmış şəkildə belə öz qamətini, öz ruhunu itirməmiş saxlaya bildi, əyilmədi, sınmadı, bizi gözləyirdi, biz gəlməli idik və biz gəldik. Müzəffər xalq kimi gəldik. Danışıqlar yolu ilə yox, Ermənistan tərəfindən edilə biləcək hansısa güzəşt nəticəsində yox, döyüş meydanında, qan tökərək, şəhidlər verərərk, fədakarlıq göstərərək gəldik və öz ərazi bütövlüyümüzü bərpa etdik və milli ləyaqətimizi bərpa etdik. Tədbirin sonunda xatirə şəkil çəkdirildi.