Vilayət Eyvazov baş leytenantı rəis müavini TƏYİN ETDİ

Daxili işlər orqanlarında yeni kadr təyinatı olub.

Bununla bağlı daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, polis baş-leytenantı Namiq Novruzov Bərdə Rayon Polis Şöbəsinin rəis müavini vəzifəsinə təyin olunub.

Qeyd edək ki, N.Novruzov indiyədək Ağcabədi RPŞ-də digər vəzifədə çalışırdı.

Mənbə : Day.az

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər