25.4 C
Aghjabadi

Azərbaycanın zəngin enerji ehtiyatları Xalqın rifahına yönəldilib

Məlum olduğu kimi Azərbaycan özünün yalnız neft və qaz ehtiyatlarına görə deyil, həmçinin Xəzər və Mərkəzi Asiya regionunda tutduğu mövqeyə görə ABŞ, Avropa və Asiya dövlətlərinin maraqlarının kəsişdiyi geosiyasi mərkəzə çevrilmişdir. Bu səbəbdən mövcud neft-qaz ehtiyatlarının işlənməsi, həmçinin onların dünya bazarlarına ixracı üzrə nəhəng layihələrin həyata keçirilməsi sahəsində ölkəmiz XX əsrin sonu XXI əsrin əvvəllərindən bölgədə əhəmiyyətli dövlətlərdən birinə çevrilmişdir. Burada çox mühüm qlobal səciyyəli neft və qaz ehtiyatları cəmləşmişdir. Bu baxımdan müasir dövrdə region dövlətləri öz iqtisadi inkişafını Xəzər dənizinin neft-qaz potensialı ilə bağlayırlar.

   Bölgənin sahib olduğu zəngin neft və təbii qaz yataqlarının dəyərləndirilməsi bölgə ölkələri üçün mühüm əhəmiyyət kəsb edir. Xüsusilə də SSRİ dağıldıqdan sonra bölgədə müstəqilliyinə qovuşmuş Türk dövlətlərinin SSRİ ilə birlikdə çökən iqtisadiyyatlarını yenidən qura bilmək üçün güclü iqtisadi gəlirə ehtiyacları vardı.

    Azərbaycan Respublikasında zəngin enerji ehtiyatlarının olması iqtisadiyyatın əsaslı və sürətli inkişaf etməsinə müsbət təsir göstərən, lakin müxtəlif dövlətlərin regiondakı maraqlarını şərtləndirən və münasibətlərin gərginləşməsinə səbəb olan əsas amillərdən biridir. Müstəqillik əldə edildikdən sonra Azərbaycan Respublikası logistika sistemlərini daha da inkişaf etdirmiş və müxtəlif növ nəqliyyat şəbəkələri yaratmışdır. Qeyd etmək lazımdır ki, nəqiyyat dəhlizləri yalnız iqtisadi artıma və regional inteqrasiyanın inkişafına təsir etmir, həm də inkişaf etməkdə olan ölkələrə beynəlxalq bazara daha çox çıxış əldə etməyə kömək edir. Asiya və Avropa dünyanın iki ən nüfuzlu bölgələri olduğuna görə perspektivdə ümumi Avrasiya bazarının, məhsul və xidmətin sərbəst dövriyyə rejiminin yaranmasının mümkünlüyü ehtimalı günü-gündən artır. Göstərilən regionlar arasında güclənən əlaqələr nəqliyyat dəhlizinin təmin olunması üçün əraziyə tranzit dövlətlərinin daha mükəmməl cəlb olunmasının vacibliyini diqtə edir. Avrasiya ölkələrinin çoxu regionda transkontinental və subregional nəqliyyat dəhizlərinin inkişaf etməsinə xüsusi əhəmiyyət verir,buna görə də ərazilərindən Avropa və Asiya tranzit daşınması həyata keçirəcək ölkələrin nəqliyyat magistrallarının effektli işlənməsi xüsusi diqqət tələb edir.

     Göründüyü kimi, bu gün Azərbaycanın xarici siyasətində böyük önəm verilən hərtərəfli beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələsi nəinki gündəlikdən düşmür, əksinə, daha yeni çalarlar alır, yeni variantlarla zənginləşir. Bu isə ölkəmizin beynəlxalq aləmdə nüfuz və qüdrətinin artmasına, dünya iqtisadiyyatına güclü inteqrasiyasına, eləcə də həyata keçirilən məqsədyönlü iqtisadi siyasətin nəticəsi olaraq əhəmiyyətli dəyişikliklərin baş verəcəyinə əminliyinin artmasına və ən əsası müstəqil Azərbaycanın qüdrətlənməsinə növbəti zəmin yaradır.

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər