Türkmənistanın paytaxtı Aşqabadda keçirilən Xəzəryani Dövlətlərin- Azərbaycan, İran, Qazaxıstan, Türkmənistan və Rusiya Dövlətlərinin Dövlət Başçılarının iştirak etdiyi VI zirvə toplantısı bir sıra mühüm anlaşma ilə önəm daşıdı.
Vaxtilə Xəzərin hüquqi status ilə bağlı yaranmış fikir müxtəlifliyinin aradan qaldırılması istiqamətində son illərdə xeyli işlər görən Xəzəryani ölkələr bu istiqamətdə yenidən önəmli səy göstərirlər.
Ölkəmiz Xəzər dənizinin statusunun müəyyən edilməsinə həmişə konstruktiv mövqedən yanaşır. Hələ 2002-ci ildə Ümummilli Lider Heydər Əliyev Türkmənistanın təşəbbüsü ilə keçirilən I Sammitdə Xəzər dənizi akvatoriyasının hüquqi statusunun müəyyənləşdirilməsi üçün keçirilən müzakirələrdə bildirmişdi ki, Xəzəryani ölkələr bir-biri ilə mehriban və sıx əməkdaşlıq münasibətlərində yaşamalıdırlar. Həmin vaxtdan başlayan ardıcıl və davamlı müzakirələr 2018-ci ildə Qazaxıstanın Aktau şəhərində keçirilən V Sammitdə Xəzəryani Dövlətlərin Dövlət Başçılarının Xəzərin hüquqi status haqqında Konvensiyanın imzalanması ilə nəticələndi.
Türkmənistanda keçirilən VI Zirvə toplantısında çıxış edərkən Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev çıxışında Qazaxıstanın Aktam şəhərində keçirilən sonuncu Sammitdə imzalanmış Konvensiyanın tarixi əhəmiyyətinə toxunaraq bildirmişdir ki, həmin Konvensiya Xəzəryani Dövlətlərin iqtisadi əməkdaşlığının inkişafına və qarşılıqlı səmərə əldə etməsinə imkan vermiş, bu gün növbəti Sammitdə əldə edilən razılaşmaların Xəzər dənizində ekoloji tarazlığın qorunması, su ehtiyatlarının qorunub saxlanması və səmərəli istifadə edilməsi, dənizdən çıxarılan karbohidrogen ehtiyatlarının çıxarılmasında və nəql edilməsində zərərsiz texnalogiyadan istifadə edilməsi, hövzədə bioloji müxtəlifliyin qorunub saxlanmasının zamanın tələbi olduğunu diqqətə çatdırmışdır.
Ölkə Prezidenti cənab İlham Əliyev Sammit çərçivəsində Rusiya Prezidenti Vladimir Putin və İran İslam Respublikasının Prezidenti Seyid İbrahim Rəisi ilə görüşü zamanı da Xəzəryani ölkələrin rəhbərlərinin mütəmadi olaraq əlaqələr saxlamasının regionda sülhün və təhlükəsizliyin təmin olunmasına stimul verəcəyini də qeyd etmişdir.
Beləliklə, işini bitirən Xəzəryani Dövlətlərin Dövlət Başçılarının VI Zirvə toplantısı tarixdə ticari- iqtisadi əlaqələrin dərinləşməsinə, enerji ehtiyatlarının mənimsənilməsi və Beynəlxalq bazarlara nəql edilməsi üzrə sərmayə mühitinin yaxşılaşdırılması, ekoloji texnologiyaların birgə yeni razılaşmaların əldə edilməsi ilə yaddaşlarda qaldı.
Nazim Bünyatov
YAP Ağcabədi rayon təşkilatının sədr müavini