25.4 C
Aghjabadi

Şahsevən Təzəkənddə səyyar qəbul keçirilib

Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müvafiq tapşırığı ilə yerli icra hakimiyyəti orqanlarının rəhbərləri tərəfindən yerlərdə mütəmadi olaraq səyyar qəbullar keçirilir, vətəndaşların problemlərinin həlli üçün zəruri addımlar atılır. Bu istiqamətdə Ağcabədi rayonunda da ardıcıl tədbirlər, vətəndaşlarla görüşlər keçirilir. Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynovun Şahsevən Təzəkənd kəndində iyulun 7-də keçirdiyi səyyar qəbul bu baxımdan diqqəti çəkir. Qəbulda rayon rəhbəri ilə yanaşı hüquq mühafizə orqanlarının əməkdaşları, icra hakimiyyəti aparatının məsul işçiləri, Təzəkənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidməti təşkilatların rəhbərləri və kənd sakinləri iştirak ediblər. Rayon rəhbəri Rafil Hüseynov çıxışı zamanı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasət, xalqımızın tarixinə zəfər salnaməsi kimi yazılan 44 günlük Vətən müharibəsində qazanılan şanlı qələbə və eləcə də, əhalinin sosial rifahının yüksəldilməsinə yönəldilmiş dövlət qərarlarından ətraflı söz açıb. Qəbulda kənd sakinləri ölkə başçısının göstərdiyi diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyyətini yüksək qiymətləndiriblər.  Çıxış edənlər kənddə mövcud olan içməli suyun, habelə təsərrüfat suyunun qıtlığından və quraşdırılmış qaz sayğaclarında yaranmış problemlərdən danışıblar. Sonda rayon rəhbəri kənd sakinləri tərəfindən səsləndirilən problem və təkliflərin bəzilərinin yerindəcə həll edilməsi üçün tapşırılarını verib.  İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələrlə bağlı mürqaciətlər isə aidiyyatı qurumlara həvalə edilib.

Gündüz SEVİNDİK

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər