Aranqazeti.az saytı Ağcabədidə mərkəziləşmiş heyvan kəsimi məntəqələrinin ünvanlarını təqdim edir.
Qida Təhlükəsizliyi Agentliyinin verdiyi məlumata əsasən Ağcabədi ərazisində mövcud vəziyyətin öyrənilməsi ilə yanaşı, vətəndaşların gündəlik ət təlabatının həcmi agentlik əməkdaşları tərəfindən araşdırılaraq müəyyən olunmuşdur. Araşdırmanın ilkin nəticələrinə uyğun olaraq rayonda heyvan kəsimi üçün yararlı, baytarlıq-sanitariya normalarına cavab verən kəsim məntəqələrinin ünvanları aşağıdakı kimidir:
Ağcabədi şəhəri üzrə heyvan kəsim məntəqələri:
- Fiziki şəxs Məhərrəmov Vüsal Qubad oğluna məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi (Aşağı Avşar kəndi)
- Fiziki şəxs Vəliyev Ehtiram İldırım oğluna məxsus iri və xırda buynuzlu heyvanların kəsim məntəqəsi (Xocavənd kəndi)
Ağcabədi şəhəri üzrə yalnız ət satışı xidməti göstərən yerlər:
- Rəncbərlər bələdiyyəsinin ərazisində yerləşən “Mal bazarı” MMC-də İsmayılov Habil Ənvər oğluna məxsus iri və xırda buynuzlu heyvanların ət satışı məntəqəsi (Rəncbərlər kəndi)
Hazırladı : Orxan Kərimov