Doğma Arançılar,
Sizi “Aran” mətbu dərgisinin yaranmasının 90 illiyi münasibətilə səmimi qəlbdən təbrik edirəm. Peşəkar karyeranızda xalqımıza daim xoş xəbərlər çatdırmanızı, müstəqil Azərbaycanın dövlətçilik maraqlarını hər şeydən uca tutmanızı arzulayıram. Rayonumuzun sosial-mədəni həyatının mirvarisi sayılan və milli jurnalistikamızın inkişafında özünəməxsus yer tutan “Aran” dərgisi nümayiş etdridiyiniz yüksək peşəkarlıq sayəsində artıq məsul bir media mərkəzə çevrilmişdir. Doğma “Aran”ımızın fəaliyyətinin tezliklə xarici mətbu orqanlarla sıx əməkdaşlıq platformasına inteqrasiya etməsini və daha geniş oxucu kütləsi qazanmasını diləyirəm.
Elnur Camalxanov
Neapol-Bakı Assosiasiyasının vitse prezidenti,
“La Nostra Gazzetta”nın jurnalisti