25.4 C
Aghjabadi

Səyyar qəbullar önəmli əhəmiyyət daşıyır

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov Hüsülü kəndində səyyar qəbul keçirib. İyulun 13-də təşkil olunan səyyar qəbulda rayonun hüquq-mühafizə orqanlarının, kənd ərazisində fəaliyyət göstərən idarə, təşkilat, müəssisələrin rəhbərləri, torpaq mülkiyyətçiləri, kənd sakinləri, Vətən müharibəsi qaziləri iştirak ediblər.

Səyyar qəbul zamanı çıxış edən rayon rəhbəri icra pandemiya vaxtı belə görüşlərin keçirilməsinin mümkün olmadığını və bu ilin mart ayından etibarən karantin qaydalarının yumşalması nəticəsində səyyar qəbulların müntəzəm olaraq keçirilməsinin əhəmiyyətli olduğunu vurğuladı. Rayon rəhbəri eyni zamanda cəbhə zonasında yerləşən Ağcabədi camaatının Vətən müharibəsi zamanı göstərdiyi yüksək vətənpərvərlik mövqeyini, döyüşən ordu ilə bir olaraq, qələbə üçün əllərindən gələni əsirgəmədiklərini vurğulayıb. Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında ordumuzun qazandığı Böyük Zəfərin xalqımız üçün nə qədər önəmli  olduğunu vurğulayan Rafil Hüseynov işğaldan azad edilmiş torpaqlarımızda həyata keçirilən tikinti, quruculuq işlərinin geniş vüsət aldığını diqqətə çatdırdı.

Səyyar qəbulda rayon rəhbəri kənd sakinlərini diqqət və qayğı ilə dinləyərək onları narahat edən çətinliklərin, içməli və təsərrüfat suyu qıtlığının, kənddə işığın tez-tez keçməsinin və bu kimi problemlərin vaxtında aradan qaldırılması üçün məsləhət və tövsiyələri vedi. Bəzi məsələlər həllini yerində tapıb, digər çətinliklərin təcili aradan qaldırılması üçün müvafiq qurumlara tövsiyələr verildi.

Adil MİSİRLİ

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər