25.4 C
Aghjabadi

Ermənistanın yeganə çıxış yolu sülhə imza atmaqdır

   Minsk qrupu münaqişənin həllində heç bir rol oynamadı və Ermənistanı Azərbaycan ərazilərindən çıxmağa vadar edə bilmədi. Minsk qrupunun illərdir etməli olduğu reallığı isə ordumuz 44 gün ərzində həyata keçirdi. Vətən müharibəsi təsəvvürlərin tamamilə yanlış olduğunu bütün dünyaya göstərdi. Azərbaycan dövləti və xalqı öz iradəsinin, torpaqlarını işğaldan azad etmək niyyətinin nə qədər ciddi olduğunu təsdiqlədi. 44 günlük müharibə göstərdi ki, Minsk Qrupuna ehtiyac yoxdur, biz özümüz onların görəcəyi işi reallığa çevirdik. Maraqlıdır ki, 30 ilə yaxındır münaqişənin tənzimlənməsi, haqq ədalətin bərpa olunması üçün heç bir iş görməyən həmsədrlər müharibədən sonra aktivləşməyə başladılar, açıq-aşkar şəkildə ermənipərəst mövqelərini nümayiş etdirdilər. Bütün bunlara baxmayaraq Ölkə Prezidenti cənab İlham Əliyev müharibənin gedişində, eləcə də müharibədən sonra da, öz siyasi iradəsini ortaya qoyaraq Minsk qrupunun 30 illik fəaliyyətini sərt tənqid edərək, əslində bu qrumun Ermənistanın marağlarına xidmət etdiyini və qeyri-konstruktiv mövqe sərgilədikləri qeyd etmişdir.Bu gün heç kəsdə şübhə doğurmur ki, Azərbaycan 30 il səbr etməklə yanaşı həm də bu illər ərzində ölkə iqtisadiyyatının əsas hissəsini ordu quruculuğuna sərf edərək, itirilmiş torpaqlarını danışıqlar yolu ilə deyil, güc yolu ilə, şəhidlərimizin canı-qanı bahasına geri qaytarmağa nail olmuşdur.

    Tarixi ədaləti, beynəlxalq hüququ öz gücümüzə bərpa etdiyimiz bir vaxtda yenidən Minsk Qrupunu dirçəltmək istəyirlər. Artıq münaqişə həllini tapıb, Ali Baş Komandan məsələni hərb meydanında  həll edib, indi də diplomatik masada siyasi mübarizə aparır. Ona görə Minsk Qrupuna heç bir ehtiyac hiss olunmur.  Ancaq buna baxmayaraq həmsədrlər yenə də Dağlıq Qarabağın statusunun həll olunması ilə bağlı təkliflər irəli sürür və bu məsələni Minsk qrupunun gündəmində saxlayırlar. Ancaq Minsk qrupunun unutduğu 1 şey hələ də qalır ki, Azərbaycana artıq 90-cı illərdəki kimi yarıtmaz AXC müsavat idarəetməsi deyil, güclü və peşəkar bir Lider başçılıq etməkdədir.Yaxın keçmişə nəzər salsaq görərik ki, Azərbaycan nəyin ki, regionda, həmçinin bütün dünyada müstəqil siyasət yürütməsi ilə öz adını ön plana çəkməyi bacarmışdır. Bu nailiyyətlərin əldə edilməsində əlbətdə ki,İlham Əliyev kimi yenilməz bir sərkərdə əsas rol oynamışdır.

   Prezident İlham Əliyev dəfələrlə bəyan edib ki, Azərbaycan ərazisində Dağlıq Qarabağ adlı ərazi vahidi yoxdur. Ümumiyyətlə, bu söz, ifadə işlənməməlidir. Dağlıq Qarabağ yoxdur, Qarabağ var. 2020-ci il 10 noyabr bəyanatında da Dağlıq Qarabağın statusu ilə bağlı heç bir ifadə işlədilməyib və belə bir mövzunun müzakirəyə çıxarılmayacağı bəyan olunub.Bəli, 44 günlük haqq savaşının tək qalibi olan Azərbaycan haqqı çatır ki, öz müstəqilliyini bütün dünyaya car çəksin və 3 rəngli vətən bayrağı bütün dünyada şərəflə dalğalansın. 30 ilə yaxındır sülhə xidmət etməyən Minsk qrupu tərəflər arasında anlaşma yaratmaq yerinə, reallığa zidd bir tələblə gündəmə gəlməklə ermənipərəst siyasətini açıq şəkildə biruzə verir.

   Görünür, onların mənasız səfərləri bu illər ərzində Ermənistana xidmət edib. İllərlə kağız üzərində qalan qətnaməni özü icra edərək ərazi bütövlüyünü bərpa edən Azərbaycan üçün onların fəaliyyəti çoxdan bitib.

    Əgər Minsk Qrupu yenidən danışıqlar prosesinə cəlb olunmaq istəyirsə qərəzsiz mövqe sərgiləməlidir. Təxribatçı bəyanatlarla heç bir danışıqdan söhbət gedə bilməz. Minsk Qrupu öz fəaliyyətini yeni reallıqlara uyğun qurmalı, sülh müqaviləsinin imzalanması, Ermənistanın normal qonşuluq siyasətinə məcbur edilməsi ilə məşğul olmalı, Azərbaycanla Ermənistan arasında qarşılıqlı etimad mühitinin formalaşmasını nəzərdə tutan təşəbbüslərlə çıxış etməlidir. Əks halda isə Minsk qrupunun bərpası və fəaliyyəti haqqında söhbət gedə bilməz.Azərbaycan 44 günlük zəfərlə bir daha göstərmiş oldu ki, bu müharibədə təkcə Ermənistan deyil, bütövlükdə erməni havadarları məğlubiyyətə uğradı. Əgər Ermənistan bu gündən sonra regionda sülhü dəstəkləmək istəyirsə, Bəyannamədə göstərilən bütün hüquqi norma və prinsiplərə əməl etməli, və danışıqlardan yayınmamalıdır. Bu “Ermənistanın yeganə çıxış yoludur” desək daha doğru olardı.

 Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər