25.4 C
Aghjabadi

Türkiyəli idman yazarı:“Bu təyinatın əla seçim olduğunu deyə bilərəm” – MÜSAHİBƏ

Son illərdə Azərbaycan futbolunun “Qarabağ”ın sayəsində Avropa “vitrininə” çıxması, türkiyəli futbolçuların və məşqçilərin adlarının Azərbaycan klubları ilə anılması ölkə futbolunun Türkiyə mətbuatının da gündəmində yer almasını şərtləndirir. Son olaraq türkiyəli Barış Şimşeyin  AFFA Hakimlər Komitəsinin sədri təyin olunması Türkiyədə futbolumuza olan marağı ikiqat artırdı. Şübhəsiz ki, qardaş ölkədə Azərbaycan futbolu haqqında hansı düşüncənin formalaşdığını bilmək maraqlı olardı. Bu məqsədlə Türkiyənin ən tanınmış idman yazarlarından olan Ahmet Çakırla söhbətləşmək qərarına gəldik.

– İlk olaraq Azərbaycan futbolu haqqındakı fikirlərinizi bilmək istərdik. Futbolumuz haqqında hansı məlumatlarınız var?

– Düzü, Azərbaycan futbolunu yaxından izləmək imkanım olmur. Əsasən üç səbəbdən dolayı sizin futbolla maraqlanırıq.  İki ölkənin milli komandaları qarşı-qarşıya gələndə təbii ki, Türkiyədə Azərbaycan futboluna maraq artır. Bundan başqa, türkiyəli məşqçi və futbolçular sizin ölkəyə transfer olunanda Azərbaycan futbolu, həmyerlilərimizin yer aldığı klublar və əldə etdikləri nəticələr diqqət mərkəzimizdə olur. Son illərdə “Qarabağ”ın mütamadi olaraq avrokuboklarda qrup mərhələsinə yüksəlməsi səbəbindən Azərbaycan futboluna dair bilgimiz olur. Komandalarınızın uğuruna Türkiyə təmsilçilərinin uğuru kimi sevinirik. Azərbaycan futbolunun inkişafda olması gözdən yayınmır.

“Qarabağ”dan söz düşmüşkən, bu gün Çempionlar Liqasında meydana çıxacaq “Qarabağ”ın, eləcə də iki gün sonra avrokubok macərasına başlayacaq digər komandalarımıızın beynəlxalq arenada uğur qazanmaq şansını necə dəyərləndirirsiniz?

– Düzdü, “Qarabağ” Azərbaycan futbolu üçün heç də az iş görmür. Amma ciddi uğur gözləmirəm. Nəinki Azərbaycan klublarından, heç Türkiyəni Avropa kuboklarında təmsil edəcək komandalardan da uğurlu nəticələr gözləmirəm. Digər ölkələrlə bizim futbol arasında səviyyə fərqi o qədər çoxdur ki, getdikcə uğur qazanmaq imkanı azalır.  

– Azərbaycanlı futbolçulardan kimləri tanıyırsınız?

– Vaxtilə “Kayserispor”, “Kocelispor” və “Eskişehirspor”da oynayan və Azərbaycan yığmasına yenildiyimiz oyunda Türkiyənin qapısına yol tapan Rəşad Sadıqovu, “Kocelispor”dan yadımda qalan Romal Hüseynovu, Kipr  “Apollon”u ilə matçdan sonra Türkiyə bayrağını dalğalandıran keçmiş futbolçu Cavid Hüseynovu və təbii ki, “Trabzonspor”un sabiq üzvü Ramil Şeydayevi qeyd edə bilərəm.

– Maraqlıdır, hər hansı Superliqa klubunun çalışdırıcısı olsaydınız, hansı azərbaycanlı oyunçunu komandanızda görmək istərdiniz?

– Hazırda 70 yaşım var və düşünürəm ki, bu mövzular haqda düşünməyim üçün artıq gecdir (gülür-TM). Onsuz da bizim ölkəmizdə hamı könüllü məşqçidir. Məncə, mən idman yazarı olaraq qalsam, daha yaxşı olar. Ancaq onu deyim ki, iki ölkə arasında yaxşı əlaqələr olsa da, fedarasiyalar arasında bağların nisbətən zəifdir. Məncə, bu məsələdə işbirliyi daha möhkəm olmalıdır. Açığı, Türkiyə klublarının azəri futbolçuları heyətinə qatmamasını təəccüblə qarşılayıram. Xüsusən aşağı dəstə komandaları azərbaycanlı futbolçuları heyətinə qatmaqda maraqlı olmalıdır.

– Fedarasiyalar arasında bağların zəif olmasını qeyd etdiniz, amma türkiyəli keçmiş hakim Barış Şimşəyin AFFA-nın hakimlər Komitəsinin sədri təyin edilməsi fedarasiyalar arasında əlaqənin nəticəsi sayıla bilər. Yeri gəlmişkən, bu təyinatı necə qiymətləndirirsiniz?

– Təəssüf ki, Türkiyədə belə təcrübəli hakimdən istifadə olunmadı. Azərbaycan üçün isə bu təyinatın əla seçim olduğunu deyə bilərəm. Barış Şimşək yalnız Türkiyə superliqasında hakimlik etməyib, həm də VAR-ın tətbiqi ilə bağlı komissiyanın üzvü idi və bu səbəbdən VAR sahəsində yetərincə təcrübəsi var. Barış Şimşəklə Hakimlər Komitəsinin inkişaf edəcəyini düşünürəm.

– İndiyə qədər ölkəmizdə aralarında Mustafa Denizli, Oğuz Çein, Rasim Kara, Bülent Korkmaz, Güvənc Kurtar kimi tanınmış simaların da yer aldığı 20-yə yaxın həmyerliniz çalışdı. Ancaq onların aktivində cəmi iki gümüş medal və bir ölkə kuboku var. Sizcə, türk məşqçilərin Azərbaycanda uğur qazanamaqda çətinlik çəkməsinin səbəbləri nələrdir?

– Azərbaycanda işləmiş türkiyəli mütəxəssislərlə bu haqda danışmadan nəsə demək çətindir, ancaq onu deyə bilərəm ki, heç vaxt orda çalışan hər hansı türk çalışdırıcıdan yaradılan şərait və yaşayış şərtləri haqqında mənfi fikir eşitməmişəm. Bildiyimə görə, hazırda Azərbaycanda türkiyəli məşqçi çalışmır və məncə, əsas məsələ də budur. Orda davamlı olaraq türk mütəxəssislər olmalıdır. Bunun üçün isə iki ölkənin federasiyaları daha sıx işləməlidirlər.

– Son illərdə milli komandamızda xeyli sayda türk futbolçu çıxış edib. Hazırda daha bir neçə türkiyəli futbolçunun da adı milli komandamızla birgə çəkilir. Türkiyəli futbolçuların Azərbaycan millisində forma geyməsini necə qarşılayırsınız?

– Görəsən, hələ də bu mövzunu problemə çevirən kimsə var? Vaxtilə Məsut Özil, İlkay Gündoğan kimi  türkəsilli oyunçular Almaniya milli komandasını seçərkən bu məsələ ölkəmizdə birmənalı qarşılanmamışdı. Ancaq indi bu cür problemlər geridə qalıb. Bu üzdən türk futbolçuların Azərbaycan yığmasında top qovmasının hamı tərəfindən adi qarşılanacağını düşünürəm. Ən azı ona görə ki, iki ölkə arasında özəl bağlar var. Axı biz “iki dövlət, bir millətik”. Odur ki, türkiyəli futbolçuların Azərbaycan millisinin uğurlarında pay sahibi olması bizi yalnız sevindirə bilər.

– Sizi “Qalatasaray” azarkeşi kimi tanıyırıq. Azərbacanda da “cim-bom”un xeyli sayda tərəfdarı var. Onlara nə demək istərdiniz?

– Hamısını salamlayıram. Dünyanın əksər ölkələrində olduğu kimi, Azərbaycanda da “sarı-qırmızılılar”ın xeyli sayda azarkeşinin olduğunu bilirəm. Məncə, bundan yaxşı mənada istifadə etmək lazımdır. “Qalatasaray” hazırlıq proqramına Azərbaycana səfər etməyi də daxil etməlidir. Yadınızdadırsa, bir neçə il əvvəl Türkiyə Super kubokunun Bakıda keçirilməsi gözlənilirdi, ancaq sonradan alınmadı. Fikirimcə, belə matçları Azərbaycanda keçirmək olar.

Söhbətləşdi: Tural Məmmədov

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər