35.7 C
Aghjabadi

“Aran” qəzetinin 90 illiyinə həsr olunmuş ümumrayon tədbiri

            İyulun 21-də Yaqub Məmmədov adına Ağcabədi şəhər Mədəniyyət Mərkəzində “Aran” qəzetinin 90 illik yubileyinə həsr olunmuş ümumrayon tədbiri keçirilib. Tədbirdə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Millət vəkili Tahir Rzayev, rayon hüquq mühafizə orqanlarının rəhbərləri, “Aran” qəzetinin kollektivi, regionda fəaliyyət göstərən kütləvi informasiya vasitələrinin nümayəndələri, ziyalılar, şəhid ailələrinin üzvləri, Vətən müharibəsinin veteranları, qazilər, mədəniyyət və təhsil işçiləri iştirak ediblər.

            Tədbirdən öncə “Aran” qəzetinin kollektiv üzvləri ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edib, önünə tər çiçək dəstələri düzüblər.

Sonra yubiley tədbiri adıçəkilən Mədəniyyət Mərkəzində davam etdirilib. Öncə foyedə təşkil olunmuş sərgiyə baxış keçirilib. Sərgidə qəzetin 1969-cu ildən bugünədək çap olunan sayları, mətbuatımıza həsr olunmuş kitablar, həmçinin Ağcabədi yazarlarının kitabları nümayiş etdirilib. “Şəhidlər ölməz, Vətən bölünməz”  bölməsində  Vətən müharibəsi zamanı şəhidlik zirvəsinə ucalan 42 ağcabədili igidimiz haqqında silsilə yazıların dərc olunduğu nüsxələr və onlara həsr olunmuş kitab nümayiş etdirilib.

       Sərgi ilə tanışlıqdan sonra yubiley tədbiri başlayıb. Öncə Vətən müharibəsində həlak olmuş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Sonra  Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib. “Aran” qəzetinin fəaliyyətinə həsr olunmuş videoçarx iştirakçılar tərəfindən maraqla qarşılanıb.

            “Aran” qəzetinin redaktoru Məhsəti Ağayeva yığıncaqda qəzetin 90 il ərzində keçdiyi şərəfli yol haqqında ətraflı məlumat verib, son illər görülmüş işlərdən söhbət açıb. Tədbirin aparıcısı Pərvin Abışova Azərbaycan Mətbuat Şurasının sədri Əflatun Amaşovun təbrik məktubunu yığıncaq iştirakçılarına oxuyub.

            Milli Məclisin deputatı Tahir Rzayev, Azərbaycan Yazıçılar Birliyinin sədr müavini, “525-ci qəzet”in baş redaktoru Rəşad Məcid, Vətən müharibəsi şəhidi Anar Cəfərovun həyat yoldaşı Samirə Xudiyeva, rayon qəzetinin ilk redaktorlarından olan Fərhad Ağayevin oğlu Mahir Ağayev, GTM Qarabağ Regional ofisinin rəhbəri  Radə Qafarova çıxış edərək, “Aran” qəzeti haqqında öz fikirlərini bölüşüb, qəzetin kollektivini yubiley münasibəti ilə təbrik ediblər. Azərbaycan Mətbuat Şurasının idarə heyətinin üzvü Rəşad Məcid sözügedən qurumun diplomunu, GTM Qarabağ Regional ofisinin rəhbəri Radə Qafarova isə xüsusi hədiyyəni qəzetin redaktoru Məhsəti Ağayevaya tədqim edib.

           

Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov yığıncaqda çıxış edərək “Aran” qəzetinin 90 illik şanlı tarixindən geniş söz açıb, kollektivin son 2 ildə əldə etdiyi nailiyyətləri yüksək dəyərləndirib. Rayon rəhbəri “Aran” kollektivini yubiley münasibəti ilə təbrik edib, bir qrup əməkdaşa Ağcabədi Rayon İcra Hakimiyyətinin Fəxri fərmanını təqdim edib.

            Tədbirin bədii hissəsində Məhsəti Musanın müəllifi olduğu “Mən Şuşadan gəlirəm” adlı videoreportaj nümayiş etdirilib. Sonra tədbir Ağcabədi Regional Mədəniyyət İdarəsinin tabeliyində fəaliyyət göstərən Qarabağ Muğam Mərkəzi, Ağcabədi Uşaq Musiqi Məktəbi və şəhər Uşaq İncəsənət Məktəbinin təqdim etdiyi konsert proqramı ilə davam edib.

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər