İcra başçısı media nümayəndələri ilə görüş keçirib



  Ağcabədi rayon icra hakimiyyətinin başçısı Rafil Hüseynov Milli Mətbuat Günü münasibəti ilə müxtəlif sayt və televiziyaların bölgə müxbirləri və “Aran” qəzetinin kollektivi ilə görüş keçirmişdir. Rayon rəhbəri görüş zamanı Ağcabədi bölgəsinə xas xüsusiyyətlərdən, burada həyata keçirilən kənd təsərrüfatı işlərinin geniş miqyasından, taxılçılıq, pambıqçılıq, barama istehsalı sahəsində fermerlərin əldə etdikləri uğurlardan, bu uğurlar zəminində rayonun respublikada qabaqcıl yerlərdən birini tutmasından ətraflı söhbət açmışdır. R. Hüseynov ağcabədililərin Vətən müharibəsi zamanı göstərdikləri misilsiz qəhrəmanlıq nümunələrdən danışıb, bölgədə qazilərə, şəhid ailələrinə, müharibə iştirakçılarına göstərilən diqqət və qayğıdan söz açıb.

Rayon icra hakimiyyətinin başçısı çıxışının sonunda media mənsublarını 22 iyul Milli Mətbuat Günü münasibəti ilə təbrik edib, onlara yaradıcılıq uğurları arzulayıb. Sonra görüşdə çıxış edən “Xəzər” tv-nin bölgə müxbiri Şamxal Adıgözəlov, “APA” informasiya agentliyinin əməkdaşı Habil Aslanoğlu səmimi qəbul və xoş təbrik sözləri üçün Ağcabədi rayon İcra hakimiyyətinin başçısı Rafil Hüseynova təşəkkür və minnətdarlıqlarını bildiriblər.


Görüş iştirakçıları tədbirdən sonra xatirə şəkilləri çəkdiriblər.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər