19 iyul tarixində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinin təşkilatçılığı ilə gənc könüllülər üçün Ağcabədi Heydər Əliyev Mərkəzində “Zamanın idarə olunması” təlimi həyata keçirilib.
Təlim çərçivəsində Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağdam Nümayəndəliyinin Layihələr və Tədbirlər üzrə mütəxəssisi, təlimçi Pərvin Əhmədova tərəfindən gənclərə vaxtın düzgün idarə edilməsi,Gənclərə gələcək karyeralarında qısa və uzunmüddətli planların tərtibi, məqsəd və hədəflərin müəyyənləşdirilməsi və bu hədəflərə çatanadək zamanın düzgün idarə edilməsi,pareto prinsipi,eyzenhauer matrisi prinsipi və s. mövzularını bölüşüb.Təlimçi gənclər üçün maraqlı sualları cavablayıb və sonda xatirə fotosu çəkilmişdir.