Vətən müharibəsi Zəfər ilə başa çatdıqdan sonra 44 rəqəmi xalqımız üçün əziz bir rəqəmə çevrildi.Bəs necə? 30 illik həsrətə məhz 44 gün ərzində son qoyuldu. Silaha sarılan igid, qəhrəman, cəsur vətən oğullarının canı, qanı, sağlamlığı bahasına torpaqlarımız erməni işğalından azad edildi.
Vətənpərvər gənclərin yetişməsi üçün söz silahına sarılanlar da var ki, onlar illərlə, zərrə-zərrə, kəlmə-kəlmə təbliğat işlərini aparmışdılar.Bu günlərdə həmin insanlardan birinin – “Aran Ağcabədi” televiziyasının redaktoru, AYB-nin üzvü Gündüz Sevindiyin nə az, nə çox, düz 44 yaşı tamam olur. Yaşların ən gözəlidir, rəqəmlərin ən sevimlisidir 44.
Yeni yaşınız uğurlu olsun, Gündüz bəy! Sizə uzun ömür, can sağlığı, uğurlar arzulayırıq.
* * * * * * * * * * *
Milli Mətbuat Günü, eləcə də “Aran” qəzetinin 90 illiyi ərəfəsində daha bir əməkdaşımızın doğum günüdür. Kollektivimizin ən kiçiyi, hər birimizin ərklə müraciət etdiyi, dəcəlliyi ilə yanaşı çalışqanlığı ilə də sevimlimizə çevrilən Rəmziyyə Həsənovanı doğum günü münasibətilə təbrik edir, ona xoşbəxtlik, nailiyyətlər diləyirik