Aranqazeti.az Trend-ə istinadən bildirir ki, hadisə rayonun Qaradolaq kəndində qeydə alınıb.
Gecə saatlarında Ağcabədi rayon sakini Ramin Fərzəliyevə məxsus 4 otaqlı fərdi yaşayış evində başlayan yanğın qısa müddətdə ətrafı bürüyüb. Bundan başqa evdən kənarda yerləşən yardımçı tikilidə də yanğın baş verib. Ev sahibi Ramin Fərzəliyevin sözlərinə görə, yanğın baş verən zaman onlar Göyçay rayonunda olublar.
Hadisə yerinə dərhal FHN-in Ağcabədi rayon yanğından mühafizə hissəsinin canlı qüvvəsi və texnikası cəlb olunub. Yanğın söndürülsə də, ev və yardımçı tikili əşyalarla birlikdə yanaraq yararsız vəziyyətə düşüb.
Hadisənin səbəbləri araşdırılır.