25.4 C
Aghjabadi

Ağcabədi məktəbi də daxil olmaqla bir çox məktəbdə inklüziv siniflər təşkil ediləcək

Bu barədə Təhsil Nazirliyindən məlumat verilib. Bildirilib ki, əmrə əsasən, “2018–2024-cü illərdə Azərbaycan Respublikasında sağlamlıq imkanları məhdud şəxslər üçün inklüziv təhsilin inkişafı üzrə Dövlət Proqramı”nın icrasını təmin etmək məqsədilə 2022-2023-cü tədris ilində Bakı şəhəri 39, 84, 265, 300, Gəncə şəhəri 8, Sumqayıt şəhəri 25, Xaçmaz şəhəri 6, Ağcabədi şəhəri 5, Qəbələ şəhəri 3 nömrəli tam orta məktəblərdə və Xırdalan şəhəri 3 nömrəli məktəb-liseydə inklüziv siniflər təşkil ediləcək.

Qeyd edək ki, 2015-ci ildən başlayaraq Təhsil Nazirliyi tərəfindən ölkədə inklüziv təhsilin inkişafı istiqamətində pilot layihələr həyata keçirilir, qanunvericilik səviyyəsində islahatlar aparılır və müəllim hazırlığı üzrə proqramlar yenilənir.

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər