Ağcabədi taxılçıları zəmilərdən 114 min tona yaxın məhsul toplayıblar

Taxıl biçinini başa çatdıran Ağcabədi rayonunun fermerləri və torpaq mülkiyyətçiləri zəmilərdən 113 min 814 ton məhsul əldə ediblər.

Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bölgə müxbirinə bildiriblər ki, toplanmış məhsulun 80 min 701 tonu buğda, 33 min 113 tonu arpadır. Hər hektarın məhsuldarlığı orta hesabla 40,4 sentner, o cümlədən buğda sahələrində 41,1 sentner, arpa sahələrində isə 38,8 sentnerdir.

Hazırda biçilmiş taxıl sahələrində şum qaldırılır.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com