Rayonda “İstedadlı gənclik” rubrikasına start verilib

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi Ağcabədidə yaşayan istedadlı gənclər üçün “İstedadlı gənclik” rubrikasına start verib.

Nümayəndəlikdən bildiriblər ki, rubrikanın qonaqları Asəf Zeynallı adına Musiqi Kollecinin tələbəsi Mirhəsən Həsənov və Ağcabədi şəhər 1 nömrəli tam orta məktəbinin məzunu Xumar Məmmədova olublar.

M.Həsənov “İstedadlı gənclik” rubrikası çərçivəsində Şövkət Ələkbərovanın “Söz olmasaydı” mahnısını ifa edib. X.Məmmədova isə “Kəpənək” rəsmi çəkərək, Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyinə xatirə olaraq bağışlayıb.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər