​​​Azərbaycan cəmiyyəti həmrəylik nümunəsidir

Ölkə Prezidenti cənab İlham Əliyev  iyul ayının 25-də  Masallı, Lerik və Göygöl Rayon İcra hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında bir çox məsələlərə toxunaraq ətraflı təhlillər əsasında ölkədə görülən işlər və qarşıda duran vəzifələr barədə  öz fikrini bildirmişdir.

​Çıxışda son illərdə “Regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının” icrası nəticəsində  bütün rayonlarda geniş abadlıq- quruculuq  işlərinin görüldüyü, yeni infrastruktur layihələrin  həyata keçirildiyi, əhalinin fasiləsiz elektrik enerjisi və qazlatəmin olunduğu, yol infrastrukturunun , içməli və suvarma  suyuna olan təlabatın ödənilməsi sahəsində xeyli işlər görüldüyü, təhsil, səhiyyə, mədəniyyət obyektlərinin tikilib istifadəyə verildiyi, əhalinin daha rahat, daha yaxşı yaşaması üçün bütün imkanlardan istifadə edildiyi qeyd edilmişdir.

​Cənab Prezident çıxışında  ölkəmizdə bərqərar olan bazar iqtisadiyyatının formalaşmasında sahibkarlıq subyektlərinin roluna da toxunaraq qeyd etmişdir ki,  yeni iş yerlərinin açılmasında və iqtisadiyyatın gücləndirilməsində sahibkarların önəmli payı vardır. Lakin təəəssüf ki, bəzi icra hakimiyyəti başçıları sahibkarları, iş adamlarını incidir, onlar qarşısında qanunsuz, əsassız tələblər qoyurlar. Qanunu pozduqlarına görə bir sıra  icra  başçıları cinayətə cəlb edilsələr də, bu kimi hallara hələ də rast gəlinir.

​Ölkə Başçısı onu da qeyd etmişdir ki, bütün icra başçılarını vəzifəyə təyin edərkən göstərişlərimdən biri o idi ki, korrupsiyaya  və rüşvətxorluğa qarşı biz amansız  mübarizə aparmalıyıq və icra başçıları nümunə olmalıdırlar. Əfsuslar olsun ki, bəziləri əyri yolla gediblər və bu gün bunun acısını çəkirlər. Bu hər bir dövlət məmuru üçün dərs olmalıdır. İcra Başçıları əhali ilə sıx təmasda olmalı, onları narahat edən problemlərə həssaslıqla yanaşmalı, onlara mümkün olan köməklik göstərilməlidir.

Cənab Prezidentin digər tövsiyəsi ondan ibarət oldu ki, sosial ədalət prinsipinə hamı riayət etməlidir. Bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirərək ölkədə gedən prosesləri, daxili və xarici siyasətimizi dəstəkləyir. Çünki bu siyasətin əsasında xalqın rifah halının yaxşılaşması durur.

​Çıxışda  erməni işğalçılarından torpaqlarımızın azad edilməsində canlarını qoymuş şəhidlərin, qanlarını tökmüş müharibə əlillərinə diqqət və qayğı, onların problemlərinin həll edilməsi, işlə və məşğulluğunun təmin edilməsinin bütün icra  orqanlarının başlıca vəzifələri olduğu vurğulanaraq, bu kateqoriyadan  olan insanlara nəinki dövlət məmurunun, hər bir insan arxa və dayaq olması tövsiyə edilmişdir.

​Cənab Prezident idarəetmə sahəsində də aparılan islahatların, şəffaflığın təmin edilməsinin, hakimiyyət orqanlarında təmizləmə işlərinin aparılmasınınvacibliyinə toxunaraq qeyd etmişdir ki, hər kəs qanun qarşısında cavab verməlidir. Qanunları pozanlar sərt şəkildə cəzalandırılacaqlar. Biz kiminsə tamahına, kiminsə şəxsi marağına görə ölkəmizin uğurlu inkişafına kölgə sala bilmərik.

​Yeni mühitin formalaşmasında rolu olan bir  məsələ də çıxışda öz əksini tapmışdır: hər bir sahədəictimai nəzarətin, ictimaiyyətin fəal mövqe tutması mövcud olan problemlərin dövlət orqanlarının diqqətinə çatdırılmasında çox böyük təsir edən amildir.

​Hər bir məmur, icra başçısı əhali ilə sıx təmasda  olmalı, ictimaiyyətlə sıx əlaqə qurulmalıdır. Belə olduğu halda bu gün ölkədə birlik, həmrəylik nümayiş etdirən xalqımız, daha yaxşı yaşayar, heç bir problemlə üzləşməzlər. Bu isə daha böyük zirvələr fəth etməyəstimul yaradacaqdır.

Nazim Bünyatov

YAP Ağcabədi rayon təşkilatının sədr müavini

​​​​​​​​​30.07.2022

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər

Social Media Auto Publish Powered By : XYZScripts.com