2 C
Aghjabadi

Şəhid ailələri və qazilərimizə qayğı dövlətin diqqətindədir

Azərbaycan Respublikasının müstəqilliyi uğrunda canını fəda etmiş şəhidlərimizin ailələrinə və eləcə də qazilərimizə, müharibə iştirakçılarına dövlətimizin rəhbərliyi tərəfindən hər zaman xüsusi diqqət və qayğı göstərilib, onların mövcud problemlərinin aradan qaldırılması üçün mütəmadi olaraq tədbirlər həyata keçirilir. 

  Dövlət öz növbəsində ölkənin müstəqilliyini və ərazi bütövlüyünü qoruyarkən, şəhid yaxud əlil olmuş insanlara layiqli yanaşma nümayiş etdirir. Özü də ayrı-seçkilik qoymadan,həm I Qarabağ, həm də II Qarabağ müharibəsində zərər çəkmiş həssas təbəqənin nümayəndələrinə  münasibət göstərmək prinsipi qorunub saxlanır.

   Müzəffər Ali Baş Komandan İlham Əliyevin tapşırığı ilə Vətən müharibəsində şəhidlik zirvəsinə ucalanların ailə üzvlərinin, bu haqq savaşımızda şanlı Zəfər qazanan qüdrətli Azərbaycan Ordusunun hərbçilərinin, qazilərinin sosial müdafiəsinin möhkəmləndirilməsi, o cümlədən mənzil, fərdi ev və avtomobillərlə təmin edilməsi istiqamətində həyata keçirilən kompleks tədbirlər bunun bariz nümunəsidir.

  Prezident İlham Əliyev Vətən üçün müqəddəs yola çıxan və şəhid olan heç bir əsgər ailəsini, heç bir qazini tək qoymadı. Onlar yaralananda hospitallara, xəstəxanalara getdi, səmimi dialoqlar qurdu, onların dərdlərini dinlədi, şəhid ailələri ilə davamlı olaraq görüşdü, onların qarşısında söz verdi və yerinə yetirdi. Bu insanlar cəmiyyətin həssas təbəqəsidir və onlara göstərilməli olan diqqətin kökündə  dövlətin,  bütün cəmiyyətin  mənəvi borcu olmalıdır.

  Prezident İlham Əliyev bütün çıxışlarında bu dəyəri belə ifadə edir: “Hər bir şəhidin həyatı təkrarolunmazdır, hər bir şəhidin həlak olması onun yaxınları, qohumları üçün faciədir, böyük bir dərddir. Müharibə dövründə Azərbaycan hərbçiləri həm peşəkarlıq, rəşadət, cəsarət, qəhrəmanlıq, eyni zamanda, fədakarlıq göstərmişlər. Şəhidlərimizin əziz xatirəsi hər birimiz üçün müqəddəsdir”.

  Ölkəmizin Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın rəhbərlik etdiyi Heydər Əliyev Fondu tərəfindən də bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir. Bütün görülən bu işlər, həyata keçirilən layihələr şəhid ailələri,qazilərə göstərilən ehtiram,qayğı və diqqət dövlətin onlara sevgisinin göstəricisi  olmaqla,  yürüdülən dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Müharibə iştirakçılarına, şəhid ailələrinə, qazilərə, veteranlara dövlət qayğısının əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuşdur.Ümummilli Liderimizin bu təbəqədən olan insanlara göstərdiyi qayğı, dövlət siyasəti hal-hazırda onun siyasi kursunun layiqli davamçısı ölkə başçımız cənab  İlham Əliyev tərəfindən uğurla davam etdirilir .

Allah bütün şəhidlərimizə rəhmət etsin! Qazilərimizə də şəfa versin!

Elşən Səfərov

YAP Ağcabədi rayon təşkilatının əməkdaşı.

Xəbər lenti

Ağcabədi sakininin çantasından oğurluq edilib

Yasamal rayonu ərazisindəki mağazaların birində Ağcabədi rayon sakini olan bir qadının çantasından içərisində pulu olan cüzdanının oğurlanması barədə polisə məlumat daxil olub.

Həmyerlimizdən daha bir uğur

Maltanın paytaxtı Valetta şəhərində 2022-ci il 25-28 noyabr tarixlərində yeniyetmə taekvondoçular arasında Avropa çempionatı keçirilib. Həmin turnirdə uğurlu nəticə qazananlardan biri həmyerlimiz...

Mədəniyyət və dünyagörüşü

 Mədəniyyət maddi və mənəvi sərvətlərin yaradılmasına, mənimsənilməsinə, saxlanmasına və bölgüsünə istiqamətləndirilən ictimai münasibətlər sistemidir. Bu maddi istehsalla şərtlənən, öz mahiyyəti etibarilə sosial...

Süleyman Gözəlov: İlk növbədə gənclərimizin sağlam ruhda böyüməsini düşünürdüm

İdmanla məşğul olmaq insanı bir çox zərərli vərdişlərdən uzaq etdiyi kimi, pis xəstəliklərdən də qoruyur. Müasir dövrün tələblərinə uyğun olan “Sağlam bədəndə,...

Ağcabədidə 5 dekabr Beynəlxalq Könüllülər Günü qeyd edilib

       Ağcabədi rayonunda Gənclər üçün Təhsil Mərkəzi (GTM) Qarabağ regional ofisi, Ağcabədi regional "ASAN xidmət" mərkəzi, Gənclərin İnkişaf və Karyera Mərkəzinin (GİKM)...

Mən Şuşadan gəlirəm -2

                                       Artıq dekabr ayıdır. Amma mən sizə avqust ayında baş tutmuş bir səfərimdən...

Xolesternlə necə mübarizə aparmalı? – MÜTƏXƏSSİS YANAŞMASI

Xolestern bir lipid, yəni bir yağ növüdür. Heyvan mənşəli qidalarda və bütün hüceyrələrdə olan şam quruluşunda yağ kimi maddələrdir. Yüksək xolesterin isə...

İnkişaf Qələbənin əsasıdır

 “Azadlıq meydanında paradlar çox keçirilib. Ancaq bu paradın xüsusi önəmi var. Bu, Zəfər paradıdır. Bu, tarixi hadisədir. Bu tarixi günün şahidi bizik,...

“Niva” “Ford Transit”lə TOQQUŞDU- Sürücü öldü

Dekabrın 4-də saat 2 radələrində Ağcabədi rayonunun Aşağı Avşar kəndi ərazisində Ağdam rayon sakini Məhəmməd Hüseynzadənin idarə etdiyi “Niva” və Ağcabədi şəhər...

Ağcabədidə ” 3 Dekabr -Beynəlxalq Əlillər Günü” qeyd olundu

Ağcabədidə " 3 Dekabr -Beynəlxalq Əlillər Günü" qeyd olunduAğcabədi rayonunda " 3 Dekabr Beynəlxalq Əlillər Günü"nə həsr olunmuş...

Şərhlər