35.7 C
Aghjabadi

Zəfər Qələbəsindən sonra Azərbaycanın çox böyük perspektivləri var

Prezident İlham Əliyevin cari ilin 25 iyul tarixində Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarını vəzifələrinə təyin olunmaları ilə əlaqədar qəbulu zamanı çıxışında səsləndirdiyi fikirlərdən nəinki icra başçıları, eləcə də bütün qurumlarda rəhbər vəzifə daşıyan şəxslər nəticə çıxarmalı, fəaliyyətlərində verilən tövsiyələri həmişə prioritet kimi istifadə etməlidirlər.

  İcra başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə ədalət prinsipləri cəmiyyətin əsas prinsiplərindən biridir və sağlam cəmiyyətdə ədalət hökm sürür. Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Bizim siyasətimiz Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətlənməklə kifayətlənməyib, ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir. Bizim siyasətimiz nəticəsində Azərbaycan Ermənistanın işğalçılıq siyasətinə son qoydu.

     Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.

    Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Bütün ölkə üzrə infrastruktur layihələr davamlı icra olunur.

 Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Yaradılan münbit şəraitin nəticəsidir ki, sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.

  İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər.Cənab Prezidentin qeyd etdiyi kimi, İcra başçıları daim insanlarla təmasda olmalıdır.

  Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.

  İcra başçıları bütün kəndlərdə olmalıdır, kənd camaatının qayğıları ilə yaşamalıdır, onları narahat edən problemləri onların dilindən eşitməlidir və imkan daxilində bu problemləri həll etməlidir. Əgər hər bir kəndin problemi həll olunarsa, demək olar ki, ölkədə insanları narahat edən ciddi problem qalmayacaq.

Rövşən Əhmədov

YAP Ağcabədi rayon təşkilatının sədri

Xəbər lenti

Xaricdə yaşayan qonşusunun həyətində narkotik əkən Ağcabədi sakini saxlanılıb

Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində xaricdə yaşayan qonşusunun həyətyanı sahəsində narkotik tərkibli bitkilər yetişdirməkdə şübhəli bilinən şəxs məsuliyyətə cəlb...

DİN əməkdaşları ov silahlarını təhvil ALDI

Ağcabədi rayon sakinləri könüllü olaraq ov silahlarını polis əməkdaşlarına təhvil veriblər. DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupundan verilən məlumata...

Aşura məclislərinə uşaqları aparmaq olarmı?

   Qəzetimizin ötən sayında  bəzi cizgi filmlərinin uşaqların psixologiyasına necə mənfi təsir etməsi ilə bağlı bir yazı dərc olunmuşdu. Məqalədə qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı,...

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb...

İstedadlı şagirdin uğurlu addımları

Hərdən ömrün ötən günlərini vərəqləyir, həyatın necə keçdiyini gözlərim önündə canlandırmağa çalışıram. Təbii ki, ağrılı-acılı, sevincli ömrün günləri gözlərim önündə canlananda qələmi...

Millətin varlığını sübut edən onun dilidir

Ana dilimiz türk dilləri ailəsinin oğuz qrupuna daxil olan qədim və zəngin bir dildir. Dilimizin ifadə zənginliyi, axıcılığı və sadəliyi, səlist ahəngi...

Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı...

Sudan səmərəli istifadə mühüm amildir

Avqustun 2-də Ağcabədi rayonunda Kür çayının aşağı axarında suvarma suyundan səmərəli istifadə üzrə kənd təsərrüfatı istehlakçılarının məlumatlandırılması və maarifləndirilməsi ilə bağlı dəyirmi...

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum...

Küçə iti ilə söhbət

- Salam, küçə iti - Ham... ham...  Sadəcə it deyə bilməzdin? - Axı küçədə yaşayırsan

Şərhlər