2 avqust 2022-ci il tarixində Ağcabədi rayon Heydər Əliyev Mərkəzində Milli Kino Günü münasibətilə “Milli Kinolarımız” mövzusunda tədbir keçirilib. Mərkəzin direktor səlahiyyətlərini icra edən Rövşanə Əliyeva tərəfindən Azərbaycan kinosunun tarixindən ətraflı məlumat verilərək bildirilib ki, milli kinolarımız xalqımızın çoxəsrlik milli-mənəvi dəyərlərini özündə əks etdirir. Sonda”Ulduz” bədii filmi nümayiş etdirilib.