25.4 C
Aghjabadi

Ağcabədi 100 min tondan çox taxıl istehsal edilən rayonlar sırasındadır

Azərbaycanda əhalinin etibarlı ərzaq təminatı dövlətin iqtisadi siyasətinin başlıca istiqamətlərindən biridir. Kənd təsərrüfatının əsasını təşkil edən taxılçılıq bu sahədə mühüm əhəmiyyət kəsb edir. Odur ki, taxılçılığın inkişafı daim dövlətimizin diqqət mərkəzində saxlanılır. Prezident İlham Əliyev tərəfindən 2022-ci il iyulun 19-da “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərman imzalanması da ərzaq təhlükəsizliyinin təmin edilməsi, o cümlədən əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə xidmət edir.

Ölkəmizin əsas taxılçılıq rayonlarından biri də Ağcabədidir. Rayonda son illərdə ənənəvi təsərrüfat sahəsi olan taxılçılığın intensiv inkişaf etdirilməsi istiqamətində mühüm tədbirlər həyata keçirilir. İri fermer təsərrüfatlarında tətbiq olunan müasir metodlar ölkənin kənd təsərrüfatı məhsullarına tələbatının ödənilməsində və ərzaq təhlükəsizliyinin təmin olunmasında mühüm rol oynayır. Təsadüfi deyil ki, Ağcabədi respublikamızın 100 min tondan çox taxıl istehsal edilən rayonları sırasındadır. Ağcabədi taxılçıları bu il də yüksək məhsuldarlığa nail olublar. Rayon Statistika İdarəsindən verilən məlumata görə, zəmilərdən 113 min 814 ton məhsul, o cümlədən 80 min 701 ton buğda, 33 min 113 ton arpa tədarük edilib. Hər hektarın məhsuldarlığı orta hesabla 40,4 sentner, o cümlədən buğda sahələrində 41,1 sentner, arpa sahələrində isə 38,8 sentnerdir.

Ölkənin taxıl məhsulları ilə təminatında özəl iri taxılçılıq təsərrüfatlarının rolu böyükdür. Ağcabədi Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, rayonda “Ağcabədi taxıl Aqropark”, “Əkinçi-BO” fermer təsərrüfatı, “MKT İstehsalat Kommersiya” MMC-nin innovasiya filialı, “Qarabağ Taxıl” MMC kimi müasir təsərrüfatlar fəaliyyət göstərir. Bu təsərrüfatlarda müasir suvarma sistemlərindən, o cümlədən pivotaltı suvarmadan istifadə etməklə yüksək məhsul əldə edilir. Müasir suvarma sistemləri qurulan sahələrdə suvarma suyuna qənaət olunur ki, bu da daha çox əkin sahəsinin suvarma suyuna olan tələbatının ödənilməsi deməkdir. Müasir suvarma üsullarının tətbiq edildiyi sahələrdə suvarma normalarına ciddi əməl olunması nəticəsində torpaqdan qida maddələrinin yuyulmasının qarşısını alınır, torpağın münbitliyi əhəmiyyətli dərəcədə artır və torpaq təkrarən şorlaşmaya məruz qalmır.

İri taxılçılıq təsərrüfatlarında müasir suvarma sistemlərinin tətbiqi nəticəsində yüksək məhsuldarlığa nail olunur ki, bu da idxaldan asılılığın aradan qaldırılmasına, daxili bazarın keyfiyyətli məhsullarla təmin edilməsinə və ərzaq təhlükəsizliyinin gücləndirilməsinə xidmət edir.

Taxıl istehsalının artırılmasında taxıl toxumçuluğunun inkişafı da böyük əhəmiyyət daşıyır. Ölkəmizdə toxumçuluğun inkişaf etdirilməsi məqsədilə hazırda Dövlət Toxum Fondunun tabeliyində 5 toxum emalı zavodu fəaliyyət göstərir ki, onlardan biri də Ağcabədidədir. 1 hektar ərazidə salınan müəssisədə inzibati bina, taxıltəmizləmə bloku, taxıl üçün bunker və digər qurğular yaradılıb. Zavodun emal gücü saatda 5 tondur. Zavodda quraşdırılan qurğular vasitəsilə emal olunan toxum materialını 98,5 faiz təmizləmək mümkündür. Bu toxumların əkin sərfiyatı digər qurğularda təmizlənənlərdən 20-30 faiz azdır. Bu da əkinə sərf edilən toxumun həcminin azalmasına imkan verir, həm də fermerin məhsul istehsalında çəkdiyi xərcləri də əsaslı şəkildə azaldır. Zavodda həm iri şirkətlərin, həm də fermer və sahibkarların istehsal etdikləri toxumlar emal edilir. Buradakı silolarda dövlət ehtiyacı üçün tədarük olunmuş toxumun ehtiyatı təhlükəsiz saxlanılır.

Ağcabədi rayonunun taxılçıları dövlətin dəstəyindən yararlanaraq ölkəmizin ərzaq təhlükəsizliyinə öz töhfələrini verir, intensiv becərmə texnologiyaların tətbiqi ilə hər hektarın məhsuldarlığının yüksəldilməsi hesabına taxıl istehsalını ilbəil artırırlar. Belə ki, 2014-cü illə müqayisədə taxıl istehsalı 29 min 187 ton, hər hektarın məhsuldarlığı isə 4,6 sentner çoxdur. Rayonda yeni taxılçılıq təsərrüfatlarının yaradılması, innovativ texnologiyaların tətbiqi növbəti illərdə taxıl istehsalının daha da artacağına əsas verir.

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər