Növbəti səyyar qəbul Qaravəlli kəndində keçirilib

Avqustun 3-də Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı Rafil Hüseynov növbəti səyyar qəbulunu rayonun Qaravəlli kəndində keçirib.

Səyyar qəbulun daha bir Vətən müharibəsi şəhidi Xəzər Bayramovun evində keçirilməsi şəhid ailələrinə olan sonsuz ehtiramın göstəricisi kimi yadda qalıb. Rayon rəhbərinin təbirincə desək, şəhid ailələrinin evlərində keçirilən səyyar qəbullar həm də ziyarət xarakteri daşıyır.

Qəbulda rayon rəhbəri Rafil Hüseynovla yanaşı hüquq-mühafizə orqanlarının rəhbərləri, icra hakimiyyəti başçısı aparatının məsul işçiləri, Qaravəlli kənd icra nümayəndəliyinin, bələdiyyəsinin, rayonda fəaliyyət göstərən idarə, müəssisə və xidmət təşkilatlarının rəhbərləri, kənd sakinləri iştirak ediblər.

Səyyar görüşdə icra başçısı Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aparılan uğurlu daxili və xarici siyasətdən, ordu, xalq birliyindən, xalqımızın tarixinə “Zəfər salnaməsi” kimi yazılan 44 günlük Vətən müharibəsində qazandığımız şanlı qələbədən, eləcə də, əhalinin sosial müdafiəsinə və rifah halının yüksəldilməsinə yönəlmiş dövlət qərarlarından, azad olunmuş ərazilərdə görülən nəhəng quruculuq işlərindən ətraflı danışıb. 

Qəbulda çıxış edən kənd sakinləri Əlqan Məhərrəmov, Hüseyn Mənsimov, Leyla Abbasova, Əzizağa Gülmalıyev, kənddə suvarma suyunda yaranmış problemdən, bir neçə küçədə asfalt örtüyə ehtiyac olmasından söz açıblar. 

Qaldırılan bəzi məsələlər yerindəcə öz həllini tapıb. İcra strukturunun fəaliyyət dairəsinə daxil olmayan məsələlərlə bağlı müraciətlər isə qeydiyyata alınaraq, aidiyyatı qurumlara həvalə edilib. 

Səyyar görüşdə kənd sakinləri ölkə başçısı tərəfindən göstərilən diqqət və qayğını, yerlərdə keçirilən səyyar qəbulların əhəmiyətindən danışıb, razılıqlarını bildiriblər. 

Pərvin ŞAKİRQIZI

Xəbər lenti

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin fəaliyyəti təhlil olunub

Qarabağ iqtisadi rayonunda Bərpa, Tikinti və İdarəetmə Xidmətinin Müşahidə Şurasının növbəti iclası keçirilib. “Report” xəbər verir ki, bunu Qarabağ iqtisadi...

Budapeştdə Azərbaycan Prezidenti İlham Əliyevin rəsmi qarşılanma mərasimi olub

Macarıstanda rəsmi səfərdə olan Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanvarın 30-da Budapeşt şəhərinin Layoş Koşut meydanında rəsmi qarşılanma mərasimi olub.

Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir

Azərbaycanda ana arı yetişdirilən təsərrüfatlara subsidiyaların verilməsi təklif edilir. Bunu "Report"a "Azərbaycan Arıçılar Assosiasiyası" İctimai Birliyinin İdarə Heyətinin sədri Bədrəddin...

Hamiləlikdə risk qrupları açıqlanıb

Hamiləlikdə risk qrupları açıqlanıb. "Report" xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, mama-ginekoloq Nigar Axundova məlumat verib.

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq

Yollarda ağırçəkili nəqliyyat vasitələrinin hərəkətinə icazənin rüsumu 50 manat olacaq. Bununla bağlı “Dövlət rüsumu haqqında” qanuna dəyişiklik edilir.

Şəhid Orxan Əsgərov dəfn edilir

Azərbaycanın İrandakı səfirliyinə edilən terror hücumu nəticəsində şəhid olan baş leytenant Orxan Əsgərov İkinci Şəhidlər xiyabanında dəfn edilir. “Report” xəbər...

Azərbaycanın İrandakı səfirliyinin diplomatik fəaliyyəti tamamilə dayandırılıb

"Biz İrandakı səfirliyimizin diplomatik fəaliyyətini tamamilə dayandırmışıq”. Bu barədə Azərbaycanın xarici işlər nazirinin müavini Xələf Xələfov deyib.

Azərbaycanın Tehrandakı səfirliyinə terror hücumu zamanı şəhid olan Orxan Əsgərovun nəşi Bakıya gətirilib

Azərbaycanın Tehrandakı səfirliyinə xain terror hücumunun qarşısının alınması zamanı şəhid olan mühafizə xidmətinin rəisi Orxan Əsgərovun nəşi yanvarın 29-da Bakıya gətirilib.

Ağcabədidə yol nəqliyyat hadisəsi baş verib – FOTOLAR

Mingəçevir-Bəhramtəpə avtomobil yolunun Ağcabədi rayonunun Aşağı Avşar kəndindən keçən hissəsində yol qəzası baş verib. Belə ki, Ağdam rayon sakininə məxsus "Mercedes" markalı...

Prezident İlham Əliyev Macarıstana rəsmi səfərə gedib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 29-da Macarıstana rəsmi səfərə gedib. Hər iki ölkənin dövlət bayraqlarının dalğalandığı Budapeştin Ferents...

Şərhlər