Parlaq Qələbə Azərbaycan üçün geniş meydanlar açır

Prezident İlham Əliyev iyulun 25-də Masallı, Lerik və Göygöl Rayon İcra Hakimiyyətlərinin yeni başçılarının vəzifələrinə təyin olunmaları ilə əlaqədar keçirdiyi qəbul zamanı çıxışında səsləndirdiyi fikirlərdən nəinki icra başçıları, eləcə də bütün qurumlarda rəhbər vəzifə daşıyan şəxslər nəticə çıxarmalı, bunu fəaliyyətlərində həmişə prioritet kimi istifadə etməlidirlər.

İcra hakimiyyəti başçıları öz fəaliyyətlərində sosial ədalət prinsipinə əməl etməlidirlər. Sosial ədalət, bütövlükdə cəmiyyətin əsas prinsiplərindən biridir. Çünki, sağlam cəmiyyətdə ədalət hökm sürür. Sevindirici haldır ki, bu gün Azərbaycan cəmiyyəti həmrəylik nümayiş etdirir, Azərbaycan cəmiyyəti ölkədə gedən prosesləri, xarici və daxili siyasəti dəstəkləyir. Dövlətimizin siyasəti Azərbaycan xalqının rifah halının yaxşılaşmasına istiqamətlənməklə kifayətlənməyib, ölkəmizin beynəlxalq nüfuzunu gücləndirir.

Son illərdə bütün rayonlarda regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramının icrası nəticəsində geniş abadlıq-quruculuq işləri görüldü, böyük infrastruktur layihələri icra edildi və uzun illər ərzində insanları narahat edən problemlərin böyük hissəsi aradan qalxdı.

Elektrik enerjisi ilə təchizat, qazlaşdırma, yol infrastrukturu, suvarma, içməli su layihələri, sosial infrastruktur layihələri icra olundu, hər rayonda müasir xəstəxana, tibb ocaqları, bir çox məktəblər inşa edildi. Bütün ölkə üzrə infrastruktur layihələr davamlı icra olunur.

Yeni iş yerlərinin yaradılması xüsusi əhəmiyyət kəsb edir. Yeni infrastruktur layihələri iş yerlərinin yaradılmasına xidmət göstərir. Yaradılan münbit şəraitin nəticəsidir ki, sahibkarlar da bölgələrdə bütün quruculuq işlərində fəal iştirak edirlər.

İdarəetmədə çox ciddi islahatlar aparılır, çox böyük təmizləmə işləri aparılır. Bu işlərə rəvac verən və bəzi dövlət məmurlarını, yerli icra orqanlarını bu qanunsuz işlərə təhrik edən insanlar hakimiyyətdən uzaqlaşdırıldı. Hakimiyyət təmizlənir və insanlar bunu görürlər. Cənab Prezidentin qeyd etdiyi kimi, İcra başçıları daim insanlarla təmasda olmalıdır.

Bəzi hallarda sahibkarlar qarşısında müəyyən qanunsuz, əsassız tələblər irəli sürülür. İcra başçıları özləri sahibkarları rayonlara cəlb etməlidir. Xüsusilə nəzərə alsaq ki, Göygöl, Masallı və Lerik rayonlarının turizm potensialı çox zəngindir bu rayonları turizm mərkəzinə çevirmək əsas vəzifələrdən biridir.

Rövşən ƏHMƏDOV,

YAP Ağcabədi rayon təşkilatının sədri

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər