25.4 C
Aghjabadi

UŞAQLARI PSİXOLOJİ TERRORDAN NECƏ QORUYAQ ?

Bu gün teleekranda yayımlanan cizgi filmlərinin böyük əksəriyyəti qanlı-qırğınlı, ölüb-öldürməkli, partlayışlı, aqressiv planlı, təbiətdə analoqu olmayan qorxunc-ən yaxşı halda ifadəsiz sifətli naməlum personajların bol olduğu “ujas” filmləridir. Bu cizgi filmləri uşaq psixologiyasına olduqca böyük zərər verir. 

Nəticələr ağırdır. Bugünkü uşaqların çoxu aqressiv, çətin tərbiyə olunan, psixoloji problemlərlə yüklənmiş uşaqlardır. Sizə çox ağır konkret fakt da deyə bilərəm – bir neçə ay əvvəl həmkarlarımızdan birinin 5 yaşlı qardaşı oğlu qəfildən psixi xəstəliyə düçar olub. Bütün günü qışqırır, qorxur, ağlayır, oranı-buranı dağıdır, başını divara çırpır, yemək yemir, yatmır və s.

Respublikanın görkəmli psixoloq və psixiatrları uşağa birmənalı olaraq eyni rəy verib – “ujas” cizgi filmlərini izləmək nəticəsində beynin ağır dərəcəli psixi pozuntusu yaranıb. Müalicəsi demək olar ki, mümkün deyil.

Uşaqların film fondu üçün dünyanın 2 ən böyük animasiya isehsalçıları arasında seçim etmək lazım gəlir. Sovet və Amerika cizgi filmlərini müqayisə edəndə hər şey aydın olur. Dünyada ən məşhur cizgi filmlər olan “Nu Poqodi” və “Tom və Cerri”nin, eləcə də “Vinni Pux”, “Çəkməli Pişik” filmlərinin Sovet və Amerikan variantlarını müqayisə edəndə fərqi görmək olur.

Amerikan cizgi flimlərinin böyük əksəriyyəti uşaqların psixologiyasına ciddi zərər vurur, onlara aqressivliyi, eqoizmi, özbaşınalığı təbliğ edir. Rusiyada aparılan bir araşdırmanın nəticələrinə görə, şiddət, qorxu məzmunlu film izləyən uşaqlar daha çox aqressiv olur, zərərli vərdişlərə can atırlar. 

Müasir cizgi filmlərində kadrlar həddən artıq sürətlə dəyişir, səslər çox dəhşətlidir, effektlər sürətlidir. Bu da uşaq beyninin qavrama sürətindən xeyli artıqdır. Nəticədə beyin pozğunluğu yaranır. 

Üstəlik, müasir filmlərdə 24 kadrlıq videostandarta zorakı yerləşdirilmiş 25-ci kadrda beyinə müəyyən əmrlərin verildiyi də aşkar olunub. Onların birində, “Coca-Cola” şəkli verilib və altında “iç!” əmri yazılıb. Bu kadrı görməyən uşağın ürəyi o içkidən istəyir. 25-ci kadra daha dəhşətli əmrlər də yerləşdirmək mümkündür.

ABŞ-ın Sietl Uşaq Xəstəxanası Araşdırma İnstitutunun 330 uşaq üzərində apardığı araşdırmanın nəticələrinə görə, aqressiv süjet xəttinə malik filmlərə baxan uşaqlarda hiylə, itaətsizlik, aqressivlik və vicdan əzabı çəkməmək kimi mənfi davranışların sıx müşahidə edildiyi ortaya çıxıb. 

İndi televiziyalarda elə dəhşətli cizgi filmləri verilir ki, yaşlı adam o səhnələri görəndə bağrı yarılır. Əslində, amerikanlar azyaşlı uşaqlar üçün film çəkmirlər, o filmlər əsəbləri son dərəcə möhkəm olan azı 30 yaşlı insanlar üçündür. Bizdə isə, bu dəhşətli səhnələri körpələrə izlətdirirlər. Çünki anaları digər televizorda seriala baxır, ya da sosial şəbəkədə, çatda kiminləsə çənə vurur, “lijbi” uşaq onu narahat etməsin.

Sovet vaxtı çəkilən filmlər çox müsbət enerjili, xeyirxah, sülhsevər və düşündürücü süjet xəttinə malikdir. Belə cizgi fimlərini izləyən uşaqlarda insanlara, təbiətə qarşı humanist münasibət yaranır.

Düzdür, bu filmləri televiziyalar vermir, əksəriyyəti də satışda yoxdur. Lakin çıxış yolu var- internetdə xüsusi cizgi film saytları var, youtube.com videoportalında da minlərlə cizgi filmi var. Onları imkan və vaxt olduqca köçürüb diskə yazmaq olar. Bəzi disk mağazalarında Sovet cizgi filmlərinin kolleksiyasını tapmaq olur. Cəmi 1-2 manata 50-100 film.

Valideynlər uşaq filmlərini özləri seçməli, onlarla birlikdə baxmalı və baş verənləri şərh etməlidir. Uşağın gördüyü və eşitdiyi hər şey altşüura həkk olunur və bunların əsasında psixologiyası müəyyənləşir. 

Uşaqların mənəvi-psixoloji tərbiyəsi cəmiyyətin gələcəyini müəyyən edən ən əsas faktordur. Bu istiqamətdə telekanalların üzərinə düşən iş o qədər də ağır deyil, sadəcə, düzgün film seçimi etmələri kifayətdir. AzTv-nin videotekasında milli cizgi filmlərinin hamısı var.  

Elçin Bayramlı

“Gündəlik teleqraf”                           

Xəbər lenti

Ağcabədi gəncləri Şahmat turnirində

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Ağcabədi nümayəndəliyi gənclərin şahmata olan sevgi, maraq və həvəsini nəzərə alaraq “12 Avqust - Beynəlxalq Gənclər Günü” münasibətilə “Şahmat turniri” təşkil edilmişdir. 

Ağcabədi rayon prokurorluğunun təşəbbüsü ilə səhiyyə işçiləri arasında hüquqi maarifləndirmə tədbiri keçirilmişdir

Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası”  Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.

Ağcabədidə 12 avqust – Beynəlxalq Gənclər Gününə həsr olunmuş tədbir keçirilmişdir

12 avqust 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə Beynəlxalq Gənclər Gününə həsr olunmuş könüllü gənclərlə görüş keçirilmişdir. Ağcabədi...

Yaxın zamanlarda problem həll olunacaq

Son günlər bir neçə rayon sakininin işıq problemi iləbağlı iradlarının tez-tez şahidi  oluruq. Sakinlər elektrik enerjisinin verilməsində problemlər yaşandığını, işıqların zəifləməsini və bu...

Daha bir pambıqtəmizləmə zavodu istifadəyə veriləcək

Türkiyənin Kahramanmaraş şəhərində yerləşən “Do Cotton Group” şirkəti Azərbaycanda daha bir pambıqtəmizləmə zavodunu yaxın zamanlarda istifadəyə verməyə hazırlaşır.  ​Azərbaycanın...

Gənclərimizin təsərrüfata meyl etməsi sevindiricidir

Köyük kənd sakini Şahmalı Hacıyev gənc olmasına baxmayaraq sözügedən inzibati ərazi vahidində səriştəli təsərrüfatçılardan sayılır. Onun valideynləri, yaxın qohumları uzun illər vaxtı...

“Rayonumuzun tarixini öyrənmək başlıca vəzifədir” -Müsahibə

Şəfa Mövsümov 1982-ci ildə rayonun Salmanbəyli kəndində anadan olub. O, 2000-2004-cü illədə Gəncə Dövlət Universitetinin tarix fakültəsində bakalavr pilləsində təhsil alıb, 2005-2007-ci...

Sizinlə fəxr edirik!

I ixtisas qrupu üzrə ən yüksək nəticə  Dövlət İmtahan Mərkəzi tərəfindən I və IV ixtisas qrupları üzrə 21 iyul...

Şənlik kəndində səyyar qəbul

Vətəndaş müraciətlərinə həssaslıqla baxılması və qaldırılan məsələlərin diqqətlə araşdırılıb həllinə nail olunması ilə bağlı ölkə Prezidentinin qarşıya qoyduğu vəzifələr Ağcabədi Rayon İcra...

Gümüş medal

Ağcabədili taekvondoçu Əkbərova Minayə Tapdıq qızı V İslam Həmrəyliyi Oyunlarında -46 kq çəki dərəcəsində gümüş medal qazanıb.İdmançımızı təbrik edir, ona yeni-yeni uğurlar...

Şərhlər