Nəzir qutusuna yığılan pullar…

Hər il olduğu kimi Azərbaycanda, eləcə də Ağcabədidə bir sıra məscidlərdə Aşura mərasimləri keçirilib. Əzadarlıq mərasimləri ötən illərlə müqayisədədaha nizamlı şəkildə baş tutub. İnsanlar məscidlərə gəlib dini ayinləri icra ediblər. Rayonun Mehrablı kəndinin sakinləri isə Aşura mərasimini fərqli keçiriblər. Belə ki, kənddə məscid olsa da, qeydiyyatdan keçmədiyi üçün fəaliyyəti yoxdur. İnsanlar bu gün münasibəti ilə xüsusi mərasim əvəzinə  qeyd olunan məscidin qarşısındakınəzir qutusuna yaxınlaşaraq öz nəzirlərini bu qutuya atıblar. Niyyət isə bir olub. Kənddə yaşayan xəstə sakinə yardım etmək. 

Bəli, Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı Aparatının Mehrablı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi, yerli bələdiyyə, o cümlədən kənd ağsaqqalları Teymur İmanov, Baba İmanov və Əkbər Səfərovun həyata keçirdiyi xeyirxah təşəbbüsün nəticəsində həmin gün nəzir qutusuna yığılan məbləğ 2 övlad anası, qaraciyər xəstəliyindən əziyyət çəkən N. Məmmədovanın müalicəsinə sərf olunacaq. 

Arzu edirik ki, hər kəs bu gözəl təşəbbüsdən nümunə götürsün. Özünü döymək, xəsarətlər yetirmək əvəzinə xeyirxah əməllərlə hər hansı bir evin nurlanmasına səbəb olsunlar.

ARAN-ı sosial şəbəkələrdə izləyin:

Şərhlər