30.2 C
Aghjabadi

Ölkəmizdə işləmiş məşqçi: “Keçmiş klublarımın uğuru məni sevindirir” – MÜSAHİBƏ

Bu gün UEFA Çempionlar Liqasında Macarıstanda yerli “Ferentsvaroş”un qonağı olacaq “Qarabağ”ın rəhbərliyinin türkiyəli iş adamlarından təşkil olunması, eləcə də iki gün sonra UEFA Konfrans Liqasında Avstriyada “Rapid” qarşısına çıxacaq “Neftçi”nin əsas sponsorlarının Türkiyədən olan böyük şirkətlərin olması, həmçinin hər iki komandamızın futbol akademiyasında qardaş ölkədən məşqçilərin çalışması, eyni zamanda müxtəlif vaxtlarda həm son çempion “Qarabağ”ın, həm də gümüş mükafatçı “Neftçi”nin əsas komandasında qardaş ölkədən olan məşqçilərin yer alması bu klublarımıza hazırda Türkiyədə marağın olmasını şərtləndirir. Üstəlik, “Neftçi” mərhələ adlayacağı halda potensial rəqibinin Türkiyənin “Konyaspor” klubu olması da türklərin Azərbaycan futboluna diqqətini artırır. Siyahıya türkiyəli sabiq hakim Barış Şimşəyin AFFA Hakimlər Komitəsinin sıdri təyin edilməsini də və Azərbaycanın qanuni lotereya və idman mərc operatoru “Azərlotereya” ASC-nin “Misli” brendinin futbol üzrə Azərbaycan premyer-liqasının 2022/23-cü illər mövsümünün baş sponsoru olmasını da əlavə etmək olar.  Məhz bu səbəbdən maraqlı olacağını nəzərə alıb, həm Ağdamın “Qarabağ” klubunda, həm də Bakının “Neftçi”komandasında məşqçi kimi çalışmış Mehmet Akla bu və digər məsələlər haqda söhbətləşdik.

– Vaxtilə ölkəmizdə işləmiş məşqçi kimi yəqin ki, Azərbayan futbolunu izləyirsiniz.

–  Təbii ki, Azərbycan futbolunun hazırkı durumundan xəbərdaram. İstər keçmiş klublarım “Qarabağ”la “Neftçi”nin, istərsə də digər komandaların vəziyyəti ilə vaxtaşırı tanış oluram.

– Hazırda davam edən avrokubok mövsümündə dörd təmsilçimizdən ikisi mübarizəni dayandırdı. Sabiq klublarınız isə yoluna davam edir. Beynəlxalq arenadakı nəticələri necə dəyərləndirirsiniz?

–  Klubların real durumuna uyğun öncədən də belə proqnozlaşdırılır, gözlənilirdi. Odur ki, “Zirə” və “Qəbələ”nin mübarizəni ilk mərhələdə dayandırması sürpriz olmadı. “Qarabağ” və “Neftçi” isə hamı kimi məni də yanıltmadı. Keçmiş klublarımın uğuru məni sevindirir.

– Keçmiş komandanız “Qarabağ” bu gün ən nüfuzlu klub turnirində “Ferentsvaroş”un qonağı olacaq. Bakıdakı ilk oyunda “Qarabağ”ın oyunu sizə necə təsir bağışlamışdı?

– Cari avrokubok mövsünündə Qurban Qurbanovun komandası heç də pis  təsir bağışlamır. İstər Polşa “Lex”i ilə oyunlarda, istərsə də İsveçrə çempionu “Sürix”lə qarşılaşmalarda ağdamlılar mərhələ adlamağa layiq idi. Elə “Ferentsvaroş”la ptən həftə baş tutan matçda da üstün tərəf  Azərbaycan klubu idi.

– “Ferentsvaroş”la bu gün keçiriləcək oyunda “Qarabağ”ın şanslarını necə dəyərləndirirsiniz?

– Dediyim kimi, ilk oyunda da üstün tərəf  “Qarabağ” idi. Amma bəzi epizodlarda bəxtsizlik, bəzi hallarda futbolçuların vəziyyəti düzgün dəyərləndirməməsi sonda heç-heçə qeydə alınmasına səbəb oldu. Ən əsası “Qarabağ” ilk oyuna ciddi itkilərlə çıxmışdı. Kevin Medina, Maksim Medvedev, Riçard Almeyda, Kadi Borges kimi əsas simaların olmaması qələbə qazanmağa mane oldu. Bu gün keçiriləcək oyunda Almeyda ilə Bogesin dönüşü ağdamlıların mərhələ adlamaq şansını artıracaq.

– Digər sabiq klubunuz “Neftçi”nin vəziyyətini necə qiymətləndirirsiniz?

– Bundan əvvəlki mərhələdə Kipir “Aris”inə ilk oyunda məğlub olan “Neftçi” məni də təəccübləndirmişdi.  Amma belə deməkmümkünsə, komanda faciənin astanasından döndü və “ev”də rəqibini üstələməklə mərhələ adladı. Paytaxt klubunun “Rapid”lə ilk oyunu da yaxşı alındı. Hesab minimal olsa da, “Neftçi”oyunboyu üstün idi və hesabdakı üstünlüyü Vyanada da qorumaq lazımdır.

– Siz “Neftçi”nin oyununu bəyənsəniz də yerli futbol ictimaiyyəti flaqmanın bir az da bəxt hesabına “Aris” və “Rapid” üzərində qələbə qazandığını düşünür.

– Düzü, mən futbolda şans faktoruna inanmıram. Əgər qalib tərəf  “Neftçi”dirsə, bu o deməkdir ki, qələbəyə layiq olan tərəf də məhz elə “ağ-qaralar” idi. İlk oyundakı əzmkarlığı cavab qarşılaşmasında da sərgiləmək lazımdır.

– Yeri gəlmişkən, “Neftçi” UEFA Konfrans Liqasında pley-off mərhələsinə vəsiqə qazansa, bu mərhələdə Türkiyənin “Konyaspor” komandası ilə qarşılaşa bilər. Qardaş ölkə klublarının mümkün duelini necə qiymətləndirirsiniz?

– Bunun üçün “Neftçi” klubu “Rapid”i mübarizədən kənarlaşdırmalıdır. Eləcə də ilk oyunda Lixtenşteyndə yerli “Vaduts”la heç-heçə oynayan “Konyaspor” rəqibini üstələməlidir. Yalnız bu halda Türkiyə və Azərbaycan təmsilçilərinin qarşılaşmasından bəhs edə bilərk. Ümumlikdə isə belə bir duel olsa, maraqlı olardı. Türkiyə futbolu “Neftçi”ni yenidən xatırlayardı. Amma flaqman üçün heç də asan oyun olmaz, çünki “Konyaspor”un oturuşmuş heyəti var.

– Laurentsiu Regekampfla anlaşmadan öncə “Neftçi”nin həmyerliniz Ertuğrul Sağlam ilə danışıqlar apardığı və hətta sizin də məşqçilər korpusunda yer alacağınız haqda məlumatlar var idi. Bu məsələ nə dərəcədə real idi?

– Düzü, məşqçi kimi “Neftçi”yə qayıtmağın əleyhinə deyiləm, amma belə bir təklif olmamışdı. Ertuğrul Sağlamın baş məşqçi postuna namizəd olduğunu isə mətbuatdan oxumuşdum, amma görünür sonda razılıq əldə olunmayıb. Amma məncə, Ertuğrul Sağlam heç də pis variant olmazdı.

– “Neftçi”yə qayıtmaq istəyinizi gizlətmədiniz. Maraqlıdır, Azərbaycandan ayrıldıqdan sonra ölkəmizdən təklif almısınızmı?

– Azərbaycandan 3-4 klubdan təklif almışdım. Amma baş məşqçi kimi Türkiyədə işləmək istədiyim üçün həmin təkliflərdən imtina etmişdim.

– Maraqlıdır, hansı elita klubları sizi baş məşqçi postunda görmək istəyirdilər?

– Həmin komandaların adını açıqlamaq düz olmaz. Həmin təkliflərin olduğu dönəmdə yerli klublarla müqaviləm olduğu üçün alınmırdı. İnşallah, gələcəkdə Azərbaycanda baş məşqçi kimi fəaliyyət göstərmək imkanı qazanaram.

– Amma bir məsələ var ki, türkiyəli məşqçilər Azərbaycanda uğur qazanmaqda çətinlik çəkirlər.

– Sizinlə razıyam. Yəqin siz də mənimlə razılaşarsınız ki, Azərbaycanda ən uğurlu karyerası olan türkiyəli məşqçi mənəm. Bir ölkəyə gedəndə onun futboluna tam bələd olmasan uğur qazana bilmərsən. Hər ölkənin özünəməxsus futbol ənənəsi olur.  Hansısa ölkədə futbolla bağlı bütün proseslərə hakim olmadan uğur qazanmaq mümkün deyil. Gördüyünüz kimi, Türkiyədə də əcnəbi baş məşqçilər istənilən nəticəni  əldə edə bilmirlər.

– Sonda isə Türkiyənin “Misli” şirkətinin sponsoru olduğu ölkə premyer-liqasının ötən həftə başlayan yeni mövsümü haqda fikirlərinizi bilmək istərdik. 

– Ölkə çempionatının 10 komanda ilə keçirilməsi müsbət məqamdır. Hətta daha çox iştirakçı olmasını arzulayıram. Premyer-liqada 8 klubun olması və həmin komandaların dörd dövrədə bir-biri ilə qarşılaşması yaxşı deyildi. Çempionluq  yarışı haqda danışmaq tez olsa da, məncə bu mübarizə “Qarabağ”la “Neftçi” arasında olacaq. 

Söhbətləşdi: Tural Məmmədov

Xəbər lenti

Şəhid Cəmaləddin Məmmədovun Anım günü qeyd olundu

Vətən müharibəsinin ilk günlərindən silaha sarılaraq döyüş meydanına atılan oğullarımızdan biri də Məmmədov Cəmaləddin Türbəndə oğludur. O, 1988-ci ildə Ağcabədinin Kürdlər kəndində...

Ağcabədidə prokurorluq işçilərinin peşə bayramı qeyd olundu

Ağcabədi rayonunda 1 oktyabr - Prokurorluq işçilərinin peşə bayramı günü münasibəti ilə tədbir keçirildi.Tədbirdə hüquq-mühafizə orqanlarının rəhbər və əməkdaşları, Ağcabədi Rayon İcra...

​​​Xalqımız bütün təhdidlərə sinə gərəcək

  2020-ci ilin sentyabr  ayının 27-də​Ermənistanın təh-riki ilə başlayan və qəhrəman ordumuzun sücaəti nəticəsindəAzərbaycanın qələbəsi ilə başa çatan 2-ci Qarabağ Müharibəsi 30 il işğal altında inləyən torpaqlarımızın azad edilməsi ilə nəticələndi.

Anım günü kitabxanada da qeyd edilib

Sentyabr ayının 26-da Ağcabədi Regional Mədəniyyət İdarəsi Ağcabədi rayon Mərkəzləşdirilmiş Kitabxana Sisteminin kollektivi tərəfindən “27 Sentyabr - Anım Günü” ilə bağlı tədbir...

Şəhid ailələri ziyarət olunub

      YAP Ağcabədi rayon təşkilatının sədri Rövşən Əhmədov və aparatın əməkdaşları sentyabrın 27-də Vətən müharibəsinin ilk günündə qəhrəmancasına həlak olmuş Poladlı...

Taekvondo üzrə rayon turniri keçirilmişdir

25 sentyabr 2022-ci il tarixdə Ağcabədi Rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə "Rizvan" Taekvondo Klubunun idman zalında "Anım...

İcra Hakimiyyətində yeni komissiya yaradılıb

Sentyabrın 23-də Ağcabədi Rayon İcra Hakimiyyətində şəhid ailəsi üzvləri, əlillik dərəcələri təyin olunmuş Vətən müharibəsi iştirakçıları və “Müharibə...

Şəhid Gülalı Qəhrəmanovun anım mərasimi keçirilib

​Şəhidlik məqamına ucalan hər kəs əbədi olaraq könüllərdə yaşayır, əbədilik qazanır.  ​Vətənimizin sərhədlərini yenidən quran Vətən baniləri öz adlarını tarixə əbədi...

Gücümüz birliyimizdir!

    Səfər Ali Baş Komandan cənab Prezident İlham Əliyevin və birinci xanım Mehriban Əliyevanın cari ilin 27 sentyabrda Anım günündə Füzuli rayonuna səfərləri mühüm əhəməiyyət kəsb etdi. Səfəri zamanı çıxışında cənab...

Şəhid Rövşən Allahverdiyevin anım günü qeyd edildi

​Sentyabrın 28-də digər Qaraxanlı kəndində şəhid Rövşən Allahverdiyevin anım mərasimi keçirildi. ​Mərasimdə Ağcabədi Rayon İcra Hakimiyyəti başçısı, hüquq-mühafizə orqanları rəhbərləri, səfərbərlik və hərbi...

Şərhlər