Ağcabədi rayon prokurorluğu tərəfindən 12 avqust 2022-ci il tarixdə “Ağcabədi rayon Mərkəzi Xəstəxanası” Publik hüquqi şəxsinkollektivinin iştirakı ilə hüquqi maarifləndirmə tədbiri keçirilmişdir.
Tədbirin əvvəlində 30 il düşmən işğalında olan torpaqlarımızın azad edilməsi uğrunda gedən döyüşlərdə həlak olmuş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Rayon mərkəzi xəstəxanasının baş həkimi Təranə Məmmədova giriş nitqi ilə çıxış edərək, son dövrlərdə xəstəxanada görülmüş işlər və qarşıda duran vəzifələr barədə məlumat vermiş, həmçinin rayon prokurorluğunun təşəbbüsü ilə aparılan işgüzar konfransın əhəmiyyətindən bəhs etmişdir.
Daha sonra rayon prokuroru Vüqar Hacıyev səhiyyə işçilərinin II Qarabağ müharibəsi zamanı göstərdikləri əzmkarlıq və rəşadətdən, yaralı əsgər və zabitlərə göstərilmiş ixtisaslı tibbi yardımdan danışmış, bu sahədə göstərdikləri şücaətə görə səhiyyə işçilərinə təşəkkürünü ifadə etmişdir. Vüqar Hacıyev həmçinin bu gün şəhid ailələrinə və müharibə iştirakçılarına səhiyyə xidmətlərinin göstərilməsi zamanı onlara qarşı mövcud olan diqqət və qayğını, onların lazımi tibbi preparatlarla təmin olunmasını yüksək qiymətləndirmiş, eyni zamanda aztəminatlı ailələrə, müharibə iştirakçılarına, şəhid ailələrinə və digər imtiyazlı təbəqə nümayəndələrinə xidmətlərin göstərilməsi zamanı keyfiyyətin və diqqətin daha da artırılmasının vacibliyini vurğulamışdır.
Vüqar Hacıyev çıxışında əlilliyin müəyyən edilməsi zamanı mövcud olan bir sıra problemlərdən də danışaraq, əlilliyin təyinində vasitəçilik etmək adı ilə vətəndaşlara yalan vədlər verməklədələduzluq edən şəxslərin qanunsuz fəaliyyətlərinin qarşısının alınması və bu sahədə vahid təcrübənin formalaşdırılması məqsədi ilə hansı tədbirlərin görülməli olduğunu və səhiyyə işçilərinin qarşısında duran vəzifələri onların diqqətinə çatdırmışdır.
Daha sonra rayon prokurorluğunun müstəntiqi Azad Aydınlı çıxış edərək, prokurorluq orqanları ilə xəstəxananın tibbi personalı arasında əməkdaşlığın gücləndirilməsi, cinayətkarlığa qarşı mübarizə sahəsində əlaqəli fəaliyyətin təmin olunması üçün tövsiyələrini çatdırmış və tibb işçilərinin hüquq və qanunvericilik sahəsindəsuallarını cavablandırmışdır.
Konfrans iştirakçıları mövcud əməkdaşlıqdan məmnunluqlarını bildirərək, gələcəkdə də görüşlərin təşkilinin əhəmiyyətli olacağını vurğulamışlar.